5 gündə arıqladan möcüzəvi şorba pəhrizi
Süfrəmizin sevimli yeməklərindən olan şorba həm sizi tox tutmaq üçün, həm də metobolizmanı gücləndirmək üçün lazım olan bir qidadır. Bu mövsümlərdə şorba pəhrizi etmək artıq çəkilərinizdən xilas olmaq üçün ideal olacaqdır.
Şorba pəhrizi nədir?
Evdə asanlıqla edə biləcəyiniz bu pəhriz əsasən şorbalardan və əlavə qidalardan ibarətdir. Amerika tərzi bu pəhriz bir çox insan tərəfindən sınaqdan keçirilmişdir və məmnuniyyət baxımından yüksək fikirlər toplamışdır.
Şorba pəhrizi necə edilir?
Şorba pəhrizi 5 gün ərzində müxtəlif şorbalardan ibarət olan bir pəhrizdir. Tərəvəz üstünlüklü bu şorbalar 5 gün yeyilməli, təkrarlanmamalı və verilən siyahıya əməl olunmalıdır. Hazırlayacağınız şorbalarda tomat, duz və yağ istifadə etmək olmaz. Bunun yerinə dad verməsi üçün hər hansı bir ədviyyat əlavə edə bilərsiniz. Çox ac olduğunuz vəziyyətdə şorbanın yanında 1 dilim qara çörək yeyə bilərsiniz.
5 günlük şorba pəhrizinin cədvəli:
1-ci gün.
- Səhər yeməyi: Bir qab kərəviz şorbası
- Qəlyanaltı: 1 ədəd orta ölçülü alma, yarım stəkan pəhriz kefiri ya da yağsız qatıq.
- Günorta yeməyi: Bir qab kərəviz şorbası
- Qəlyanaltı: 1 kasa yağsız qatıq, 1 ədəd orta ölçülü doğranmış alma, 2 yemək qaşığı yulaf
- Axşam yeməyi: Bir qab kərəviz şorbası
- Qəlyanaltı: 1 ədəd orta ölçülü alma, 1 stəkan pəhriz kefiri ya da yağsız qatıq.
2-ci gün.
- Səhər yeməyi: Bir qab tərəvəz şorbası
- Qəlyanaltı: 4 ədəd çiyələk, yarım stəkan pəhriz kefiri ya da yağsız qatıq.
- Günorta yeməyi: Bir qab tərəvəz şorbası
- Qəlyanaltı: 1 kasa yağsız qatıq, 2 yemək qaşığı yulaf
- Axşam yeməyi: Bir qab tərəvəz şorbası
- Qəlyanaltı: 4 ədəd çiyələk, 1 stəkan pəhriz kefiri ya da yağsız qatıq.
3-cü gün.
- Səhər yeməyi: Bir qab mərci şorbası
- Qəlyanaltı: 1 ədəd armud, yarım stəkan pəhriz kefiri ya da yağsız qatıq.
- Günorta yeməyi: Bir qab mərci şorbası
- Qəlyanaltı: 1 kasa yağsız qatıq, 1 ədəd orta ölçüdə doğranmış armud, 1 yemək qaşığı yulaf
- Axşam yeməyi: Bir qab mərci şorbası
- Qəlyanaltı: 1 ədəd armud
4-cün gün.
- Səhər yeməyi: Bir qab brokoli şorbası
- Qəlyanaltı: 2 ədəd kivi, yarım stəkan pəhriz kefiri ya da yağsız qatıq.
- Günorta yeməyi: Bir qab brokoli şorbası
- Qəlyanaltı: 1 kasa yağsız qatıq, 2 ədəd orta ölçüdə doğranmış kivi, 2 yemək qaşığı yulaf
- Axşam yeməyi: Bir qab brokoli şorbası
- Qəlyanaltı: 1 stəkan pəhriz kefiri ya da yağsız qatıq.
5-ci gün.
- Səhər yeməyi: Bir qab kələm şorbası
- Qəlyanaltı: 2 ədəd portağal, yarım stəkan pəhriz kefiri ya da yağsız qatıq.
- Günorta yeməyi: Bir qab kələm şorbası
- Qəlyanaltı: 1 kasa yağsız qatıq, 1 ədəd orta ölçüdə doğranmış portağal, 2 yemək qaşığı yulaf
- Axşam yeməyi: Bir qab kələm şorbası
- Qəlyanaltı: 1 ədəd portağal, 1 stəkan pəhriz kefiri ya da yağsız qatıq.
Qeyd: Pəhrizlə qidalandığınız günlərdə hər gün yarım saat gəzmək və 2 litr su içmək çəki itirməyinizi sürətləndirəcəyi üçün tövsiyə olunur. Şorba pəhrizi ilə 5 gündə 3 kq çəki itirməyiniz mümkündür. Təzyiq və şəkər xəstəlikləri olan insanlar bu pəhrizə başlamamışdan əvvəl həkimlə məsləhətləşməkləri tövsiyə olunur.