0 0

Hazırlayan:
Vafli (Waffle)

Vafli (Waffle)

Directions

Share

Getdiyiniz restoranlarda hər zaman ləzzətlə yediyiniz vafliləri evdə bərabər hazırlayaq.

Ərzaqlar
1 + 3/4 (260 qram) stəkan un
2 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı qabartma tozu
2 yumurta
1 + 3/4 stəkan süd
115 qram Westgold kərə yağı
1 çay qaşığı duru vanil (vanil ekstraktı)

Necə hazırlanır?
1. İri qabda un, şəkər tozu və qabartma tozunu qarışdırın.
2. Yağı əridib soyudun. Bir qabda yumurtaları yüngülvari çalın. Üstünə südü, soyumuş yağı və vanili əlavə edib qarışdırın.
3. İslaq kütləni quru (unlu) kütləyə əlavə edib qarışdırın.
4. Kütləni çalmayın.
5. Vafli formasını qızdırın. Azca yağlayın. Formanın ölçüsündən asılı olaraq, ortasına bir qədər xəmir tökün. Qapağını bağlayın. Kütlə formanın içində özü yayılacaq.
6. Vaflinin hər iki tərəfi qızılı rəng aldığında (çevirməyə gərək yoxdur, forma hər iki tərəfini bir dəfəlik bişirir; qapağı açmayın) formadan çıxardıb isti-isti süfrəyə verin.

Nuş olsun!

(Visited 3. 709 times, 1 visits today)
Step 1
Mark as Complete

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Kələm dolması
next
İspanaq çığırtması
  • 3. 709 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Kələm dolması
next
İspanaq çığırtması

Add Your Comment

×