Toyuqlu piroq
Directions
Beləsini hələ görməmisiniz. Tamam fərqli reseptlə sizə toyuqlu piroqu təqdim edirik.
Ərzaqlar
Opara
100 ml isti su
1 çimdik şəkər tozu
1 çay qaşığı quru maya
Xəmir
2 xörək qaşığı xama
1 ədəd yumurta
1/2 çay qaşığı duz
50 qram yumşaldılmış kərə yağı
1 ədəd yumurta sarısı (yağlamaq üçün)
Un aparana kimi
İçlik
3 ədəd toyuğun döşəti
1 stəkan sous (aşağıda hazırlanma qaydası izah olunub)
1 təzə cəfəri
Duz
İstiot
Sous
1 stəkan süd
50 qram kərə yağı
1 dolu xörək qaşığı un
Duz
İstiot
Necə hazırlanır?
İsti suya mayanı və şəkər tozunu əlavə edin. Qarışdırın və 15 dəqiqə gözlədin. (Maya gəlməlidir).Bu qarışıma xama, yumurta, duz və yağı əlavə edin. Yaxşı qarışdırın.
Biraz un əlavə edib qarışdırın. Xəmirin qalxması üçün kənara qoyun.
Toyuğun döşətini bişirin. Kvadrat formada doğrayın.
Sous üçün dərin bir tavada kərə yağını əridin. Üzərinə unu əlavə edərək taxta qaşıqla sürətlə qarışdırırıq ki, pot olmasın.Südü un və yağla hazırladığımız qarışıma əlavə edib qarışdırın. Qarışdırmağa davam edərkən duz və istiotu da əlavə edin.
Sousu 2-3 dəqiqə yenə qaynadıb, kənara qoyun. İçərisində potların qalmamsına diqqət edin.
Toyuğun döş əti ilə sousu və göyərtini qarışdırın.
Xəmirimizi taxtanın üstünə qoyun və 2 yerə ayırın. (biri digərinə görə nisbətən böyük olsun). Böyük olan xəmirimizi açırıq və sobanın qabının içinə səririk. Sobanın qabını yağlamağı və içinə un səpməyi unutmayın.İçliyimizi xəmir sərilmiş formanın içərisinə tökürük.
Kiçik xəmirimizi açın və formanın üstünü bağlayın. Kənarlarını yaxşı bağlayın, ortasından bir deçik açın.
Üzərini yumurtanın sarısını çəkin və 20 dəqiqə gözlədin.Əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə bişənə kimi bişirin.Bişdikdən sonra dərhal kəsməyin. Yumşalması üçün gözləyin.