Fəsəli
Directions
Azərbaycan milli mətbəxinin dadlı şirniyyatların biri olan Fəsəli üçün resept
Ərzaqlar
800 qram buğda unu
60 qram toz şəkər
100 qram kərə yağı
maya
Ədviyyat – keşniş toxumu, hil, darçın, zəncəfil, duz.
Necə hazırlanır?
1. Una maya, su və duz qatıb xəmir yoğun.
2. Xəmiri 1,5 -2,0 saat saxlayın.
3. 100 qramlıq kündələrə kəsib, 0.5 mm qalınlığında yayın.
4. Xəmirin üzərinə əvvəlcədən narın döyülmüş ədviyyat qatılmış yağ sürtün.
5. 5-6 qat bir-birinin üstünə salınaraq düzbucaqlı formasında kəsilməklə rulet burun.
6. Həmin ruleti vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1,5-2,0 sm girdə kökəcik şəklinə salınır.
7. Fəsəli hər iki tərəfdən tavada bişirilir.
Tövsiyə: Süfrəyə verdikdə üstünə şəkər kirşanı səpilir və ya yanına ayrıca bal qoyulur.
Nuş olsun!