Sağlam pəhrizin əsas qidalarından biri – KİNOA
Cənubi Amerikada yetişdirilən kinoanın 3 növü var: ağ, qırmızı və qara.
Kinoanın yüksək qida dəyərinə və təhlükəsizlik səviyyəsinə görə 2013-cü il Birşləşmiş Millətlər Təşkilatı tərəfindən “Kinoa ili” seçilmişdir.
Kinoanın faydaları:
- Kinoa tərkibində GMO yoxdur, glütensizdir və orqanik yetişdirilir. Texniki olaraq taxıl olmasa da, taxıllı qida kimi qəbul olunur.
185 qram bişmiş kinoanın qida dəyərləri aşağıdakı kimidir: (qram və ya tövsiyə olunan gündəlik qəbulun faizi olaraq müəyyən olunmuşdur)
Protein 8 qram
Lif 5 qram
Manqan: tövsiyə edilən günlük miqdarın 58%-i
Maznezium: tövsiyə edilən günlük miqdarın 30%-i
Fosfor: tövsiyə edilən günlük miqdarın 28%-i
Folat: tövsiyə edilən günlük miqdarın 19%-i
Mis: tövsiyə edilən günlük miqdarın 18%-i
Dəmir: tövsiyə edilən günlük miqdarın 15%-i
Sink: tövsiyə edilən günlük miqdarın 13%-i
Kalium: tövsiyə edilən günlük miqdarın 9%-i
B1, B2 və B6 vitaminlərindən gündəlik tövsiyə edilənin 10%-dən çoxunu təşkil edir.
Az miqdarda kalsium, B3 və E vitamini təşkil edir.
Bununla yanaşı 222 kalori, 39 qram karbohidrat və 4 qram yağ tərkibində var. Əlavə olaraq qeyd edək ki, təkibində Omeqa 3 də var.
- Protein baxımından ən zəngin qida növlərindən biridir. Bütün amino turşuları özündə ehtiva edən nadir bitkilərdən biridir.
Hər 100 qramında 4.5 qram keyfiyyətli protein ehtiva etdiyi üçün vegeterian və veqanlar üçün də mükəmməl bir bitkisəl protein qaynağıdır.
- Digər dənli bitkilərlə müqayisədə tərkibində 2 dəfə çox lif var. Lif qəbizliyin qarşısını almaq üçün vacibdir. Eyni zamanda da ürək xəstəliklərinin, diyabetin və yüksək qan təzyiqinin qarşısını almağa da kömək edir. Lifli qidalar arıqlamağınıza da kömək ola bilər.
- 4. Tərkibində bir çox antioksidan var. Antioksidan yaşlanmayla mübarizə aparan və bir çox xəstəliyin qarşısını alan maddələrdir.
- 5. Günlük qidalanmada kifayət qədər minerallar qəbul edə bilmirik. Kinoa xüsusilə maqnezium, kalium və sinklə zəngindir. Günlük 185 qram qəbul edilən kinoa günlük maqnezium ehtiyacının 30%-ni qarşılayır.
Kinoa damarları rahatladır və miqrenin qarşısını alar. Sağlam sümüklər və dişlər üçün də vacibdir. Ancaq diqqətli olmanız vacib olan bir məqam var. Kinoa bitkisəl turşu ehtiva edər. Bu turşular minerallara bağlanaraq onları istifadə etməyinizə mane ola bilər. Buna görə də kinoanı bişirmədən əvvəl suda saxlamağınız tövsiyə olunur.
Böyrək daşı olan insanlara kinoa ilə qidalanmamışdan əvvəl şəxsi həkimi ilə məsləhətləşməyi tövsiyə olunur.
- 6. Kinoa artıq çəkilərdən azad olmağa kömək edir. Lif və protein baxımından zəngin olması və zəif glisemik indeksinə görə pəhriz üçün çox uyğun qidadır. Bu özəlliklər həm sağlamlığınıza, həm də artıq çəkilərdən azad olmağınıza kömək edəcək.