0 0
Hazırlayan:
Balıq ləvəngi

Balıq ləvəngi

Directions

Share

Balıq ləvəngi üçün resept

Ərzaqlar

6-8 porsiya üçün nəzərdə tutulub
1 ədəd iri kütüm
1 ədəd iri baş soğan
1 stəkan qoz ləpəsi
2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün
Duz
İstiot

Necə hazırlanır?

1. Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın. Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.
2. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keçirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın.
3. Sobanı 180˚C-dək qızdırın.
4. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla bərkidin.
5. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində ) bişirin.
6. Yanında narşarabla süfrəyə verin.

Nuş Olsun!

(Visited 626 times, 3 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Balıq buğlaması
next
Toyuqlu sendviç
  • 626 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Balıq buğlaması
next
Toyuqlu sendviç

Add Your Comment