İsveç keksi
Directions
Üstü quru, içi yaş dadlı İsveç keksi üçün resept
Ərzaqlar
100 qram kərə yağı
1 stəkan şəkərtozu
2 ədəd yumurta
3/4 stəkan un
1 paket vanil
3 xörək qaşığı kakao
Necə hazırlanır?
1. Kərə yağını əridin və soyuması üçün kənara qoyun.
2. Yumurta və şəkər tozunu 5 dəqiqə mikserlə çalın.
3. Un, vanil və kakaonu başqa qabda qarışdırıb, yumurta və şəkər tozuna əlavə edin. Alınmış qarışımı yaxşı qarışdırın.
4. Soyumağa qoyduğunuz kərə yağını da əlavə edib qarışdırın.
5. 22 sm-lik yumru ya da 20×30 sm-lik dördkünc qabın içini yağlayıb, alınan qarışımı içinə tökün.
6. Əvvəlcədən qızıdırlmış sobada 180 dərəcə temperaturda 20 dəqiqə bişirin.
7. Soyuduqdan sonra süfrəyə təqdim edin.
Qeyd: Hazırlayacağınız qarışım duru olduğu üçün sobanın qabını ya yaxşı yağlayın, ya da yapışmaması üçün yağlı kağız sərin. Bişdikdən sonra qabdan ehtiyatla çıxardın. Keksin üstü quru içi isə yaş olacaq.
Nuş olsun!