Hazırlayan: Vusala Valiyeva
Peçenyedən hazırlanan asan tort
Cuisine:
Directions
Tort dedikdə ağlınıza 1-2 saata hazırlanan, əziyyəti çox olan şirniyyat gəlməsin. Daha tez və asan hazırlanan müxtəlif tortlar var. Hansılar ki, onları heç bişirməyə də ehtiyac yoxdur. Sizin üçün bir neçə ədəd asan hazırlanan tort reseptlərini yazdıq. Buraya basaraq digər reseptlərə də baxa bilərsiniz.
Tərkibi
150 qr kərə yağ
180 qr bişmiş qatılaşdırılmış süd (сгущёнка)
250 qr sadə peçenye
Şokolad (1/2 плитки шоколада)
Hazırlanma qaydası
- Yağ və bişmiş qatılaşdırılmış südü (сгущёнка) birlikdə mikserlə qarışdırın.
- Peçenyeləri əlinizlə əzin. Çalışın hamısı tam əzilməsin. Biraz böyük parçalar tortu gözəl göstərəcək.
- Peçenye və digər qarışımı qarışdırın. Bir-birinə tam qarışdıqdan sonra forma vermək üçün tortu icindən rahat çıxara biləcəyiniz hər hansı bir qaba və ya dərin konteynerə tökün.
- Şokoladı sürtgəcdən keçirin və tortun üstünü bəzəmək üçün istifadə edin.
- 1-2 saat soyuducuda saxladıqdan sonra süfrəyə təqdim edə bilərsiniz.
Nuş olsun!
(Visited 3. 544 times, 1 visits today)
Recipe Reviews
There are no reviews for this recipe yet, use a form below to write your review
Close
Login to write a review