0 0

Hazırlayan:
Sobada ətli pirojki

Sobada ətli pirojki

Cuisine:

Directions

Share

Pirojkiləri sevməyən çox az insan tapılar. Hazırlanması çox da çətin olmayan yeməklər siyahısındadır. Bu gün biz sizə ətli pirojkinin reseptini hazırladıq. Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

 

Tərkibi

Xəmir üçün

100 ml süd

3 x/q şəkər tozu

1.5 ç/q quru maya

200 qr xama (otaq temperaturunda)

3 ədəd yumurta (otaq temperaturunda)

100 ml günəbaxan yağı

650 qr un

½ ç/q duz

 

İçlik üçün

700 qr qiymə

1 ədəd soğan

1-2 ədəd yer kökü

günəbaxan yağı

1 ç/q duz

½ ç/q pul bibər

1 ədəd yumurtanın sarısı (Pirojkinin üzərinə vurmaq üçün)

(Visited 1. 343 times, 1 visits today)
Step 1
Mark as Complete

Birinci xəmirimizi hazırlayaq. İlk əvvəl qaba 1.5 çay qaşığı quru maya, 100 ml isti süd və 1 xörək qaşığı şəkər tozu əlavə edib maya həll olunana kimi qarışdırırıq. Daha sonra mayanın özünə gələ bilməsi üçün 10-15 dəqiqə gözləyirik.
Daha sonra yumurta, xama, qalan şəkər tozunu, duzu və günəbaxan yağını qarışdırırıq. Bütün ərzaqlar tam həll olunana kimi qarışdırırıq.
Bu qarışıma un əlavə edib, yoğurmağa başlayırıq. Ehtiyac yaranarsa, yenə un əlavə edin.Təxminən 10 dəqiqə yoğurun. Xəmir yumşaq alınmalıdır. Xəmirimizin gəlməsi üçün 2.5 saat gözləyirik.
İndi isə içliyi hazırlayaq. Birinci soğanı təmizləyin, xırda-xırda doğrayın. Daha sonra yerkökünü təmizləyib rəndədən keçirin. Tavaya bitki yağı qoyuruq. İlk öncə soğanı 1-2 dəqiqə bişiririk. Daha sonra yerkökünü əlavə edirik. Yerkökü yumşalana qədər bişiririk. Daha sonra isə qiyməni əlavə edirik. Yaxşı qarışdırıb, duz və pul bibəri əlavə edin. Əgər içlik çox quru alınarsa, biraz qaynadılmış su əlavə edə bilərsiniz.

Step 2
Mark as Complete

Hazır olan xəmiri 50-70 qr arasında 16 hissəyə ayırın. Daha sonra şəkildəki kimi pirojkiləri hazırlayın.

Step 3
Mark as Complete

Pirojkiləri bükdükdən sonra üstünü örtüb 30 dəqiqə gözlədin. Sobamızı 180 dərəcədə qızdırın.
Daha sonra pirojkilərin üstünü yumurtanın sarısı ilə örtün və sobaya qoyun. Təxminən 25-30 dəqiqə bişirin.

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Yeni il bəzəkləri ilə peçenye
next
Kəsmikli Vatruşka
  • 1. 343 Views
  • Serves 16
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Yeni il bəzəkləri ilə peçenye
next
Kəsmikli Vatruşka

Add Your Comment

×