1 0

Hazırlayan:
Su börəyi

Su börəyi

Cuisine:

Börəyin daha dadlı olması üçün duru yağı və yumurtanı bol edin.

Directions

Share

Zaman keçdikcə insan həyatı, tələbatları dəyişir. Buna görə də artıq yemək reseptləri günümüzə uyğun daha praktik yazılır. Əslində çətin olduğunu düşündüyünüz, amma, evdə qısa zamanda hazırlaya biləcəyiniz Su börəyi də bu yemək reseptlərindən biridir. 

Tərkibi

3 ədəd yumurta

2 x/q duru yağ

1/2 su stəkanı süd

400 q ağ pendir

1/2 dəstə cəfəri

5 ədəd yuxa

Duz

Hazırlanma qaydası

  1. Ağ pendir və doğranmış cəfərini birlikdə qarışdırın.
  2. Bir qabın içində yumurtanı çalın. Daha sonra oraya duzu, duru yağı və südü əlavə edib qarışdırmağa davam edin.
  3. Sobanın yumru formalı qabının içini yağlayın.  1 ədəd yuxanı qabın içinə sərin. Yuxanın qabın kənarlarından kənara çıxmasına diqqət edin.
  4. Yerdə qalan 4 ədəd yuxanı 4 yerə bölün. Yumurta, süd və yağdan hazırladığınız qarışımın içinə salın. Hər tərəfinin yaxşı bulanmasına diqqət edin.
  5. Buladığınız yuxaların bir hissəsini qabın içinə düzün.
  6. Pendir və cəfəridən hazırladığınız qarışımı bu qata tamamilə tökün.
  7. Yerdə qalan yuxaları üzərini yaxşı örtənə qədər düzün. Daha sonra 1-ci qarın kənarlara çıxan hissələrini içəriyə doğru qatlayın. Yerdə qalan yumurta, yağ qarışımını üstünə töküb qarışdırın.
  8. 1 saat soyuducuda saxlayın.
  9. Soyuducudan çıxartdığınız börəyi doğrayıb, 190 dərəcəd qızdırılmış sobada 40-45 dəqiqə bişirin.

Əgər siz də bu reseptdən faydalanaraq “Su börəyi” hazırladınızsa, yeməyin şəklini və təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Nuş olsun!

 

(Visited 2. 052 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Ballı tort
next
Balqabaq şorbası
  • 2. 052 Views
  • 45 dəq.
  • Medium
  • 190 C

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Ballı tort
next
Balqabaq şorbası

Add Your Comment

×