0 0

Hazırlayan:
Zebra Piroqu

Zebra Piroqu

Directions

Share

Zebra piroqu üçün resept

Ərzaqlar

4 yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd, otaq hərarətində
1 stəkan zeytun yağı (dadı yüngül olan)
2 stəkan un
1/3 çay qaşığı vanil tozu
1 xörək qaşığı qabartma tozu (1 çay qaşığı soda ilə əvəz etmək olar)
2 xörək qaşığı tünd kakao tozu

Necə hazırlanır?

1. Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər çalın. Süd və yağ əlavə edin və yaxşı qarışana qədər yüngülvari çalın.
2. Ayrı qabda unu¸ vanili və qabartma tozunu qaşıqla qarışdırın.
3. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə ərzaqlar yaxşı qarışanadək (təxmınən 10 saniyə müddətində) çalın. Çox çalmayın, yoxsa piroq bişəndə içində çuxurlar əmələ gələcək. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır.
4. Alınan qarışığı iki eyni hissəyə bölün. Bir hissənin üzərinə kakao tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın. Kütlə çox qatılaşarsa, azacıq süd əlavə edib qarışdırın.
5. Sobanı 180˚C-dək qızdırın.
6. Diametri 23 santimetr olan dibi yapışmaz yumru tort formasının dibini və kənarlarını azacıq yağlayın və üzərinə perqament kağızı sərin.
7. Ağ qarışıqdan 3 xörək qaşığı götürün və formanın ortasına tökun. Üzərinə (ortasına) 3 qaşıq kakaolu qarışıqdan tökün. Qarışıqlar qurtarana kimi eyni şəkildə dəyanmadan davam edin. Qarışıqları yaymayın¸ formanı tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq.
8. Piroqu sobada 40 dəqəqə müddətində bişirin. Sobanı ilk 20 dəqiqə ərzində heç açmayın, yoxsa piroq qalxmaz.
9. Piroqun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa, piroqunuz hazırdır.
10. Piroqu qabından çıxardın və soyumağa qoyun.
11. İstəyə uyğun olaraq üzərinə şəkər pudrası əlavə edə bilərsiniz.

Nuş olsun!

(Visited 4. 516 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Sobada sarımsaqlı kartof
next
Ballı tort
  • 4. 516 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Sobada sarımsaqlı kartof
next
Ballı tort

Add Your Comment

×