Göbələk formalı peçenye
Eyni şeyləri bişirməkdən bezmisinizsə, bu resept elə siz axtarandır.
Directions
Tərkibi
2 ədəd yumurta
125 qr kərə yağı (otaq temperaturunda gözlədilmiş)
½ stəkan duru yağ
¾ stəkan pudra şəkəri
3 stəkan qarğıdalı nişastası
2.5 stəkan un
1 paket qabartma tozu
Şokolad sousu
100 ml şokolad sousu
2 xörək qaşığı pudra şəkəri.
Necə hazırlanır?
1. Göbələk peçenya üçün otaq temperaturunda saxladığınız kərə yağını və yumurtaları bir qaba tökün.
2. Duru yağı və pudra şəkərini əlavə edib krem halına gələnə qədər əlinizlə qarışdırın.
3. Sırayla: Ələnmiş un, qabartma tozu və qarğıdalı nişastasını əlavə etdikdən sonra xəmiri ən az 10 dəqiqə yoğurun.
4. Hazırladığınız peçenye xəmirini qoz böyüklüyündə parçalara bölün, ovucunuzun içində yumrulayın.
5. Hazırladığınız peçenyelerin ortasından barmağınızla və ya kiçik bir əşya ilə basıb, kiçik boşluqlar yaradın.
6. Yağlı kağız sərilmiş soba qabının içinə peçenyeləri bir-birində aralı düzün.
7. Əvvəlcədən qızdırılmış 175 dərəcəli sobada üzəri biraz rəng alana qədər 15-20 dəqiqə bişirin. Bişdikdən sonra peçenyeləri sobada gözlətmədən çıxardın.
8. Otaq temperaturunda soyuyan peçenyelərin ortasını şokolad sousu ilə doldurun.
9. İstəyə görə üstünə pudra şəkəri ələyə bilərsiniz.