5 0

Hazırlayan:
Kakaolu yaş keks (ıslak kek) resepti

Kakaolu yaş keks (ıslak kek) resepti

Cuisine:

Depressiyadan çıxmağın bundan gözəl resepti varmı? Şokoladlı, südlü, kakaolu bir resept!

Directions

Share

Islak kek resepti – Stresslə mübarizədə kakaodan yaxşı nə ola bilər? Hələ bu kakao ləzzətli bir kekslə birləşərsə, ortaya çıxacaq mükəmməl dadı təsəvvür edə bilirsinizmi? Gəlin birlikdə hazırlayaq.
Tərkibi
3 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
100 ml duru yağ
3 xörək qaşığı kako
2 stəkan un
1 paket vanil
1 paket qabartma tozu
Sous üçün:
2 yemək qaşığı duru yağ (50 ml)
1 stəkan süd
1 stəkan su
3 xörək qaşığı kako
1 xörək qaşığı un
½ stəkan şəkər tozu

Necə hazırlanır?
1. Yumurtalar və şəkər tozu dərin bir qabda mikserlə rəngi ağarana qədər qarışdırılır.
2. Südü, duru yağı, kakaonu və vanilyanı əlavə etdikdən sonra qarışdırmağa davam edin. Hazır olan mayedən 1 stəkan ayırın.
3. Qalan mayeyə unu və qabartma tozunu əlavə edərək qarışdırmağa davam edin. Keksinizin daha yaxşı qabarmasını istəyirsinizsə, qabartma tozunu ələnmiş un ilə birlikdə 1-2 damcı limon suyu ilə əlavə edə bilərsiniz.
4. Keks qabını kərə yağla yağlayın. Hazırladığınız qarışığı içinə tökün. Əvvəlcədən qızıdırılmış sobada 190 dərəcədə 20-25 dəqiqə bişirin.
5. Bişmiş keksin içini çəkə bilməsi üçün soyumasını gözləyin.
6. Keks soyuduğu müddətdə sous üçün nəzərdə tutulan süd, şəkər tozu, un, su və yağı qarışdırın. Şəkər tozu tamamilə əriyənə kimi və sous qatılaşana kimi bişirin.
7. Sousu keksin üzərinə tökün və 30 dəqiqə gözlədikdən sonra kakaolu yaş keksi dilimlərə bölə bilərsiniz.

Bu ləzzəti yaxınlarınızla da paylaşın.

Digər yemek reseptleri ilə üzərinə klik edərək baxa bilərsiniz.

(Visited 38. 414 times, 2 visits today)

Recipe Reviews

Average Rating:
(5)
Total Reviews: 1
Elnur

qesheng

next
Göbələk formalı peçenye
  • 38. 414 Views
  • Medium
  • (1)

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

next
Göbələk formalı peçenye

One Comment Hide Comments

Add Your Comment

×