Vişnəli Cheesecake
Təxminən 10-12 nəfərlikdir, bişirmək üçün 22-23 sm diametri olan dairəvi qab istifadə etmək məqsədəuyğundur, qabın kənarlarının açılan olması çox işə yarıyar.
Directions
Xüsusi kənarları çıxan (spring form pan) tort formasının altını folqa kağızı ilə bükün ki , su keçirməsin (tort su hamamında bişəcək).
Tərkibi:
Alt qatı üçün:
120 qr. peçenye (sadə və ya kəpəkli ola bilər)
5 xörək qaşığı əridilmiş kərə yağı
Pendirli qatı üçün:
500 qr. labne pendir
1 paket (200 qr.) qaymaq
1 stəkan şəkər tozu
4 xörək qaşığı un
3 yumurta və 1 yumurta sarısı
1 paket vanil
Üzərinin sousu üçün:
250 qr. yaxın moruq, vişnə və çiyələk
5 xörək qaşığı şəkər tozu
2 xörək qaşığı nişasta ( su ilə həll edib əlavə edin)
1 stəkan su
1 paket vanil
Xüsusi kənarları çıxan (spring form pan) tort formasının altını folqa kağızı ilə bükün ki , su keçirməsin (tort su hamamında bişəcək).
Mətbəx prosessorunun içinə peçenyeni töküb un halına düşənədək xırdalayın. Üzərinə yağı töküb yenidən qarışdırın. Sonra bu qarışığı çizkeyki bişirəcəyiniz qabın alt qatına tökün, tamamilə hamar olana kimi düzləşdirin, bunu stəkanın altı ilə rahatlıqla edə bilərsiniz. Qabı 30 dəq.-lik soyuducuya yerləşdirin.
İri qabda krem pendir, şəkər tozunu, qaymağı və un qarışığını mikser vasitəsilə hamar kütlə alınanadək çalın. Bir-bir yumurtaları əlavə edib 5 dəqiqəyə qədər mikserin ən zəif sürəti ilə yenidən krem halına gələnədək çalın.
Alınan qarışığı hazırladığınız formanın içərisinə tökün.
Çizkeyk artıq sobaya qoyulmağa hazırdır. Böyük qaba qaynatdığınız suyu töküb, çizkeyk olan formanı qaynar su olan formanın içinə yerləşdirin. Su çizkeyk formasının təxmini ortasına qədər gəlməlidir.
1 saat və 15 dəqiqə təxminən bişməlidir, sonrasında sobanı söndürün, amma çizkeyki sobanın qapağını acıq qoyub 1 saat saxlayın. Bu çizkeykin üzərinin çatlamaması üçün vacibdir.
Sonra hazırladığımız sousu üzərinə əlavə edib servis edirik nuş olsun!