1 0

Hazırlayan:
Vişnəli Cheesecake

Vişnəli Cheesecake

Cuisine:

Təxminən 10-12 nəfərlikdir, bişirmək üçün 22-23 sm diametri olan dairəvi qab istifadə etmək məqsədəuyğundur, qabın kənarlarının açılan olması çox işə yarıyar.

Directions

Share

Xüsusi kənarları çıxan (spring form pan) tort formasının altını folqa kağızı ilə bükün ki , su keçirməsin (tort su hamamında bişəcək).

Tərkibi: 

Alt qatı üçün:

120 qr. peçenye (sadə və ya kəpəkli ola bilər)

5 xörək qaşığı əridilmiş kərə yağı

Pendirli qatı üçün:

500 qr.  labne pendir

1 paket (200 qr.) qaymaq

1 stəkan  şəkər tozu

4 xörək qaşığı un

3 yumurta və 1 yumurta sarısı

1 paket vanil

Üzərinin sousu üçün:

250 qr. yaxın moruq, vişnə və çiyələk

5 xörək qaşığı şəkər tozu

2 xörək qaşığı nişasta ( su ilə həll edib əlavə edin)

1 stəkan su

1 paket vanil

(Visited 4. 920 times, 1 visits today)
Step 1
Mark as Complete

Xüsusi kənarları çıxan (spring form pan) tort formasının altını folqa kağızı ilə bükün ki , su keçirməsin (tort su hamamında bişəcək).

Step 2
Mark as Complete

Mətbəx prosessorunun içinə peçenyeni töküb un halına düşənədək xırdalayın. Üzərinə yağı töküb yenidən qarışdırın. Sonra bu qarışığı çizkeyki bişirəcəyiniz qabın alt qatına tökün, tamamilə hamar olana kimi düzləşdirin, bunu stəkanın altı ilə rahatlıqla edə bilərsiniz. Qabı 30 dəq.-lik soyuducuya yerləşdirin.

Step 3
Mark as Complete

İri qabda krem pendir, şəkər tozunu, qaymağı və un qarışığını mikser vasitəsilə hamar kütlə alınanadək çalın. Bir-bir yumurtaları əlavə edib 5 dəqiqəyə qədər mikserin ən zəif sürəti ilə yenidən krem halına gələnədək çalın.

Step 4
Mark as Complete

Alınan qarışığı hazırladığınız formanın içərisinə tökün.

Step 5
Mark as Complete

Çizkeyk artıq sobaya qoyulmağa hazırdır. Böyük qaba qaynatdığınız suyu töküb, çizkeyk olan formanı qaynar su olan formanın içinə yerləşdirin. Su çizkeyk formasının təxmini ortasına qədər gəlməlidir.

Step 6
Mark as Complete

1 saat və 15 dəqiqə təxminən bişməlidir, sonrasında sobanı söndürün, amma çizkeyki sobanın qapağını acıq qoyub 1 saat saxlayın. Bu çizkeykin üzərinin çatlamaması üçün vacibdir.
Sonra hazırladığımız sousu üzərinə əlavə edib servis edirik nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Ağ kələm turşusu
next
İsti şokolad
  • 4. 920 Views
  • 1 saat
  • Medium
  • 180C

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Ağ kələm turşusu
next
İsti şokolad

Add Your Comment

×