0 0

Hazırlayan:
Ballı tort

Ballı tort

Cuisine:

Directions

Share

Ballı tort təxminən 200 il bundan əvvəl imperator I Aleksandrın həyat yoldaşı üçün hazırlanmışdır. Aşpazın adı tarixə düşməsə də, tort illərdir hər kəsin sevdiyi desertə çevrilə bildi. Hal-hazırda bu tortun müxtəlif reseptləri var. Biz sizə onlardan birini təqdim edirik.

 

Tərkibi

Testası üçün

70 qr kərə yağı
2 xörək qaşığı bal
1 stəkan şəkər tozu
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı vanil
3 stəkan un

Kremi üçün

1 banka qatılaşdırılmış süd
200 qr qaymağ
150 qr kərə yağı

 

(Visited 3. 683 times, 1 visits today)
Step 1
Mark as Complete

İlk öncə qazın üzərinə qazan qoyub yarısına qədər su ilə doldururuq (buxar vannası). Sonra istiyə davamlı qab götürüb şəkər tozu, yağ və balı əlavə edib buxar vannasına qoyuruq. 5 dəqiqə dayanmadan əriməsi üçün çalırıq. Kənarda mikserlə çalıb, hazır etdiyimiz yumurtaları da üzərinə əlavə edib birlikdə qarışdırırıq.

Step 2
Mark as Complete

Unu, qabartma tozunu, vanili qarışdırıb qarışımın üzərinə əlavə edib xəmir halına gətiririk.

Qeyd:
Xəmir yapışqan ola bilər, narahat olmayın, elə də olmalıdı, unla çalışıb kündələr halına gətirin və qoyun 15 dəqiqə soyuducu da qalsın.

Step 3
Mark as Complete

Yağlı kağız üzərində kündələri bir-bir yayıb 5-6 dəqiqə ərzində bişirirsiniz. Eyni formada olmaqları üçün hər hansı dairəvi qabı götürüb o formada da kəsə bilərsiniz. Kəsdiyiniz xəmiri israf etməmək üçün tortun üzərinə və yanlarına ovuntu halına gətirib bəzəyərək istifadə edə bilərik. Təxminən, 9 lay biskvit olacaq.

Step 4
Mark as Complete

Qazan götürüb qatılaşdırılmış südü onun içinə qoyuruq. Üstü tam su ilə örtülmüş olmalıdır. Təxminən, 2 saata qədər bişməlidirlər. soyuyandan sonra isə istifadə etmək olar.

* Qeyd:Bu qədər əziyyət çəkmək istəmirsizsə, mağazalarda bişmiş qatılaşdırılmış südlər var, sadəcə olaraq, həmin dadı verməyə bilər. Keçək kremin hazırlanmasına, yenə böyük qab götürürük, yağı və qatılaşdırılmış südü mikserlə krem halına gələnə qədər çalırıq. Daha sonra qaymağı əlavə edirik və kremimiz də hazırdır.

Step 5
Mark as Complete

Layların arasına bolluca krem çəkin. Tortün üstenə və yanlarına da krem yaxın və sonra ovuntularla bəzəyin
Tortumuz hazırdı.

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Zebra Piroqu
next
Su börəyi
  • 3. 683 Views
  • 1 saat 30 dəqiqə
  • Serves 12
  • Hard
  • 180

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Zebra Piroqu
next
Su börəyi

Add Your Comment

×