0 0

Hazırlayan:
Brauni

Brauni

Directions

Share

Kiçikdən böyüyə hər kəsin sevdiyi brauninin reseptini yazdıq

Ərzaqlar
Yarım stəkan un (75 qram)
1/4 çay qaşığı qabartma tozu
Yarım stəkan kakao tozu
Bir çimdik duz
120 qram Westgold kərə yağı
1 stəkan şəkər tozu (200 qram)
2 yumurta
1 çay qaşığl vanil ekstraktı (duru vanil; zəruri deyil amma brauniyə ləzzət qatır)

Necə hazırlanır?
1. Iri qabda un, qabartma tozu, kakao və duzu qarışdırın. Kənara qoyun.
2. Yağı əridib bir qədər soyudun (bir az isti qalmalıdır, amma qaynar olmamalıdır). Şəkər tozunu yağa əlavə edib qaşıqla yaxşıca qarışdırın. Yumurtaları bir-bir bunun üstünə qırıb qarışdırın (mikserlə çalmayın!). Vanil ekstraktınız varsa, əlavə edib yenə qarışdırın.
3. Unlu qarışığı yağa əlavə edib qarışdırın.
4. Sobanı 175C dərəcəyədək isidin. Xəmiri ölçüləri 23 sm olan yağlanmış kvadrat formaya boşaldın.
5. Sobanın orta gözündə 25 dəqiqə bişirin. Bilmiş brauninin ortasına kibrit batırıb çıxartdığınızda kibrit quru qalırsa, brauniniz hazırdır.
6. Sobadan çıxardıb soyudduqdan sonra braunini doğrayıb süfrəyə verin.

Nuş olsun!

(Visited 873 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Şokoladlı, gilaslı Klafuti
next
Kəsmikli piroq resepti
  • 873 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Şokoladlı, gilaslı Klafuti
next
Kəsmikli piroq resepti

Add Your Comment

×