Brokoli şorbası
Directions
Brokoli supu üçün resept
Ərzaqlar
400 qram brokoli
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı un
5 stəkan isti ət və ya toyuq bulyonu (istəyə uyğun)
1 çay qaşığı duz
½ çay qaşığı istiot
Necə hazırlanır?
1. Kiçik parçalara ayırdığınız brokoliləri qaynar suda 4-5 dəqiqə qaynadın.
2. Dərin bir tavada kərə yağını əridin. Unu əlavə edin və qoxusu çıxana və rəng alana qədər qovurun.
3. Qovrulan una isti ət suyunu yavaş-yavaş əlavə edin və potlaşmaması üçün bir çırpma qaşığı ilə tez-tez qarışdırın.
4. Qaynadılan brokolilərə duz və istiot əlavə edin. 15 dəqiqə zəif temperaturda bişirin.
5. Supu əl blenderindən keçirin. Süfrəyə isti-isti təqdim edin.
Qeyd: Qaynadılmış brokolilərin rəngini və tərkibindəki vitaminləri itirməməsi üçün buzlu, soyuq su dolu qabda 5 dəqiqə saxlayın.
Nuş olsun!