Çiyələkli limonad
Directions
Çiyələkli limonad üçün resept
Ərzaqlar
500 qram çiyələk
3 ədəd limon
5 xörək qaşığı şəkər tozu
5 stəkan su
5 ədəd nanə yarpağı
Necə hazırlanır?
1. Çiyələkləri təmiz yuyun və saplaqlarını kəsin.
2. Limonların qabıqlarını rəndənin kiçik gözündən keçirdikdən sonra, suyunu sıxın.
3. Kiçik parçalara böldüyünüz çiyələkləri yeni sıxılmış limon suyu ilə blenderin qabına yığın.
4. 1 stəkan suda əritdiyiniz şəkər tozuna rəndələnmiş limon qabıqlarını əlavə edib blenderin qabına tökün.
5. Bu qarışımı püre halına gələnə qədər qarışdırın.
6. Qalan suyu əlavə edib qarışdırma prosessini bir neçə dəqiqə davam etdirin.
7. Daha sonra soyuması üçün soyuducuya qoyun. Soyuduqdan sonra istəyə görə nanə yarpaqları və buz parçaları ilə süfrəyə təqdim edə bilərsiniz.
Nuş olsun!