0 0

Hazırlayan:
Hindistan mətbəxindən – Jalebi

Hindistan mətbəxindən – Jalebi

Cuisine:

Directions

Share

Dünya mətbəxindən fərqli dadları sevənlər üçün yaxşı bir reseptimiz var. Bu dəfə Hindistan mətbəxindən sizə dadlı bir şirniyyat resepti hazırladıq. Bizim reseptdən faydalanaraq “Jalebi” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Tərkibi

1.5 stəkan ələnmiş un

1.5 ç/q manna

1/4 çay qaşığı soda

1 x/q qatıq

Su (xəmir üçün 1 stəkan; şərbət üçün 1 stəkan)

Duru yağ (qızartmaq üçün)

1.5 stəkan şəkər tozu (qəhvəyi)

1 ç/q təzə sıxılmış limon suyu

(Visited 1. 973 times, 1 visits today)
Step 1
Mark as Complete

Dərin bir qaba ələnmiş unu, mannını, sodanı, qatığı və isti suyu əlavə edib yaxşıca qarışıdırın. Xəmirin üstünü örtüb, 2 saat isti yerdə saxlayın.

Step 2
Mark as Complete

İndi isə şərbəti hazırlayaq. Bir qazana suyu, sıxılmış limon suyunu və qəhvəyi şəkər tozunu əlavə edin. Şərbəti qaynayana qədər sobanın üstündə saxlayın. Daha sonra soyuması üçün kənara qoyun.

Step 3
Mark as Complete

Jalebi spiral formasında hazırlanır. Bunun üçün xəmirdən bir parça ayırıb nazik, uzun formalar hazırlayın. Daha sonra bu formaları spiral formasına salın. Tavaya duru yağ əlavə edin. Yağ elə olsun ki, Jalebilər tavanın dibinə düşməsin, yağın üstündə qızarsın. Jalebilərin hər tərəfini qızılı rəng alana qədər qızardın. Bişən Jalebiləri salfetkanın üzərinə qoyun ki, əlavə yağını özünə çəksin. Hazır olan Jalebiləri şərbət salıb, süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun! :)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq
next
Blinçik xəmiri
  • 1. 973 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq
next
Blinçik xəmiri

Add Your Comment

×