0 0
Hazırlayan:
Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Cuisine:

Directions

Share

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq. Bizim reseptdən faydalanaraq “Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Tərkibi

400 qr qat-qat xəmir

250 qr şampinyon göbələyi

150-200 qr farş ət

1 ədəd soğan

50 qr holland pendiri

3 x/q duru yağ

İstiot

Duz

Un

 

(Visited 619 times, 2 visits today)
Step 1
Mark as Complete

Göbələyi təmiz yuyun. Xırda-xırda doğrayın. Tavaya duru yağı və doğranmış göbələkləri əlavə edib 5-7 dəqiqə bişirin. Daha sonra soğanı təmizləyin, xırda-xırda doğrayın və göbələyin üzərinə əlavə edib 10-15 dəqiqə zəif temperaturda bişirin.

Step 2
Mark as Complete

Ayrı bir tavaya duru yağı əlavə edib farş əti bişirin. Farş ət tam bişənə qədər nəzarət edin. Bişənə yaxın duzu, istiotu əlavə edin.

Step 3
Mark as Complete

Qat-qat xəmiri sobanın qabına sərin. Xəmiri sobanın qabına yerləşdirməmişdən əvvəl qabın dibinə un səpin. Xəmirin bir hissəsinə hazır olan farşı və göbələyi əlavə edin. Çünki digər yarısı ilə onun üstünü örtəcəksiniz.

Step 4
Mark as Complete

Holland pendirini sürtgəcdən keçirib üzərinə əlavə edin. Hazır olan piroqu sobaya qoyub 200 dərəcədə təxminən 30 dəqiqə bişirin.

Nuş olsun! :)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Ağızda əriyən “Vupi” pirojnası
next
Hindistan mətbəxindən – Jalebi
  • 619 Views
  • 30 dəq
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Ağızda əriyən “Vupi” pirojnası
next
Hindistan mətbəxindən – Jalebi

Add Your Comment