0 0
Hazırlayan:
Kəsmikli, kişmişli keks resepti

Kəsmikli, kişmişli keks resepti

Cuisine:

Directions

Share

Evinizdə un, şəkər tozu, yumurta varsa rahatlıqla sadə bir keks hazırlaya bilərsiniz. Əlavə olaraq bu kekslərə kəsmik, cem, şokolad əlavə edib fərqli dadlar yaratmaq heç çətin deyil. Bu gün biz sizə kişmiş sevənlər üçün Kəsmikli, kişmişli keks hazırladıq.

Reseptlərimiz haqqında fikirlərinizi bildirməyi unutmayın. Hər bir xanımın fikri bizim üçün çox önəmlidir.

 

Keks resepti tərkibi

300 qr un

10 qr kərə yağı

300 qr şəkər tozu

250 qr kəsmik

3 ədəd yumurta

½ stəkan süd

100-150 qr kişmiş

2 ç/q qabartma tozu

 

(Visited 1. 484 times, 4 visits today)
Step 1
Mark as Complete

Kərə yağını əvvəlcədən soyuducudan çıxardın. Otaq temperaturunda yumşalmış olmalıdır. Daha sonra yumşalmış kərə yağını şəkər tozu ilə birlikdə mikserlə qarışdırın.

Step 2
Mark as Complete

Şəkər tozu və kərə yağı bir-birinə yaxşı qarışdıqdan sonra buraya kəsmiyi əlavə edin. Əgər kəsmiyiniz çox qurudursa, buraya biraz süd əlavə edə bilərsiniz ki, xəmiriniz çox möhkəm alınmasın.

Step 3
Mark as Complete

Bu qarışıma 3 ədəd yumurtanı əlavə edin.

Step 4
Mark as Complete

Daha sonra qabartma tozunu una əlavə edib qarışdırın. Unu ələkdən ələyə də bilərsiniz. Xəmiri qarışdıra-qarışdıra unu əlavə edin. Hamısını birdən əlavə etməyin. Unun miqdarı sizin qarışımınız üçün çox ola bilər.

Step 5
Mark as Complete

Əgər xəmiriniz yenə də qatı alındısa, biraz süd əlavə edə bilərsiniz.
Xəmiri çox yaxşı qarışdırmaq lazımdır. Hazır olan xəmir qatı xamaya bənzəməlidir.
Kişmişləri təmizləyib yuyun. Bir müddət qaynar suda saxlayın. Daha sonra xəmirə əlavə edin

Step 6
Mark as Complete

İndi isə keksi bişirəcəyimiz qabları hazırlayaq. Əgər slikon qablardan istifadə edirsinizsə, onların içinə nəsə vurmaq lazım deyil. Digər qablardan istifadə edirsinizsə, onların içini kərə və ya duru yağla yağlayın.
Xəmiri keks qablarına tökdükdə çalışın qabın ⅔ hissəsini doldurun. Çünki keks bişdikcə onun həcmi artacaq.

Step 7
Mark as Complete

Sobanı 200 dərəcədə qızdırın. Keksləri 30-40 dəqiqə bişirin. Kekslərin bişdiyini yoxlamaq üçün 1 ədəd diş çöpünü keksə batırın. Çöp keksin içindən quru çıxmalıdır.
Hazır olan keksləri süfrəyə isti-isti və ya sərin formada verə bilərsiniz.

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Lülə kabab
next
Mal əti ilə göbələkli salat
  • 1. 484 Views
  • 30-40 dəq
  • Medium
  • 200 C

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Lülə kabab
next
Mal əti ilə göbələkli salat

Add Your Comment