Pancake
Səhər yeməyinin ən dadlı parçalarından biri Pancake.
Directions
Səhər yeməyinin ən dadlı parçalarından biri Pancake.
Tərkibi
2 ədət yumurta
3 yemək qaşığı şəkər tozu
1.5 stəkan un
1 stəkan süd
1 yemək qaşığı duru yağ
1 paket qabartma tozu
¼ çay qaşığı duz
1 çay qaşığı vanil
Necə hazırlanır?
1. Ələnmiş un, qabartma tozu və vanili bir qaba tökün. Sırayla: şəkər tozu, duz, süd, duru yağ və yumurtaları əlavə edin.
2. Tam həll olana kimi alınan qarışığı yaxşı qarışdırın.
3. İlk pancake-i bişirmək üçün tavanı duru yağ ilə yağlayın. Qızdırdığınız taya kiçik çömçə və ya qəhvə fincanı böyüklüyündə qarışımı tavaya tökün.
4. Qazın temperaturunu azaldın. Pancake-i üstü göz-göz olana qədər bişirin. Çevirdikdən sonra digər tərəfini də eyni qayda ilə bişirin.
5. Tavanı arada bir yağlayaraq, pancake qarışımını bişirib qurtana qədər bunu təkrarlayın.
6. Hazır olan pancake-ləri bal ilə süfrəyə təqdim edə bilərsiniz.
Qeyd: Pancake qarışımını qarışdırarkən mikserdən istifadə etməyin. Hər hansı bir qaşıqla un tam həll olana qədər qarışdırın.
Nuş olsun!