0 0

Hazırlayan:
Almalı piroq resepti

Almalı piroq resepti

Directions

Share

Asan hazırlanan alma piroqu üçün resept

Ərzaqlar
2 stəkan un
1 stəkan şəkər tozu
1 ədəd iri yumurta – yüngülvari çırpılmış
1 stəkan süd
2 xörək qaşığı zeytun yağı və ya hər hansı növ başqa duru yağ (güclü qoxusu olmayan)
2ədəd alma (biri yaşıl, o biri qırmızı) – qabığını soymadan nazik dilimlər şəkilində kəsin
1/2 stəkan qəhvəyi şəkər tozu
1/2 çay qaşığı darçın
1/4 stəkan kərə yağı, əridilib otaq hərarətinə qədər soyudulmuş
1/2 stəkan doğranmış qoz
2 çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz

Necə hazırlanır?
1. Sobanı 180ºC-dək qızdırın.
2. Un, şəkər tozu, qabartma tozu və duzu bir qabda qarışdırın. Üstünə yumurta, süd və duru yağı əlavə edib, yenidən qarışdırın.
3. Alınan kütləni dibi yağlanmış və azacıq unlanmış, ölçüləri 23x 33 sm olan formalı qaba tökün, üstünü hamarlayın.
4. Alma dilimlərini xəmirin üstünə cərgələrlə düzün.
5. Ayrı qabda qəhvəyi şəkər tozu, darçın va kərə yağını qarışdırın. Alınan qarışığı almaların üstünə səpin. Bunun da üstünə qozu səpin.
6. Piroqu xəmir qabın kənarlarından ayrılanadək (təxminən 45 dəqiqə) bişirin. Sobadan çıxardın. Qoyun piroq formanın içində təxminən 10 dəqiqə soyusun.
7. Piroqu hələ isti ikən və ya otaq hərarətində olduğunda süfrəyə verin.

Nuş olsun!

(Visited 7. 832 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Pancake
next
Üç bacı dolması
  • 7. 832 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Pancake
next
Üç bacı dolması

Add Your Comment

×