Şuba salatı
Directions
Adına görə qəribə səslənə bilər, amma Rusiyada çox məhşur salatlardan biridir. Bu salat olmadan Rusiyada Yeni il şənliyi təsəvvür edilmir. Əsas tərkibi kartof, cuğundur və konservləşdirilmiş (duzlu) balıq olan salata dəyişikliklər edilməsinə baxmayaraq yenə də sevilir.
Tərkibi:
3 böyük kartof
6 yumurta
2 kök
2 cuğundur
250 qr mayonez
1 balaca soğan
150 qr konservləşdirilmış balıq
duz
istiot
Kartofu, kökü yaxşıca yuyub əlavə olaraq yumurtaları qazana qoyub 25 dəqiqə bişiririk. Çuğunduru isə başqa bir qazanda 35-40 dəqiqə arası bişiririk. (Çuğundur kartofa nisbətən gec bişdiyi üçün onu başqa qazanda bişiririk.)
Qeyd: Bişəndən sonra 2-3 saat kənarda qalıb soyumaları bizim işimizə daha çox yarıyacaq.
Soğan və konservləşdirilmış balığı istəyə uyğun formada doğrayırıq. Qabımızın ən alt hissəsinə düzürük. Duz yox, çünki balıq özü duzludur, amma istiotlamağı unutmuruq.
Bişmiş kartofları rəndədən keçirib duz, istiotlayıb soganı yaydığımız kimi yayırıq və üzərinə mayonez çəkirik.
Eyni qaydada yumurta və kökləri də yayıb mayonezləyirik.
son mərhələdə isə cuğunduru rəndələyib, yayıb mayonezləyirik.
Nuş olsun!