0 0

Hazırlayan:
Paytaxt salatı

Paytaxt salatı

Cuisine:

Directions

Share

Bayram süfrəsinə hansı salatları hazırlayaq? Bu sual ağla gələn kimi cavabı da artıq məlum olur. Əlbəttə Paytaxt salatı. Sizin üçün Paytaxt salatının rənginin gözəl alınması üçün bəzi sirrləri yazdıq. Resepti sona kimi oxuyun.

Tərkibi

5-6 ədəd yumurta

2 ədəd kök (orta ölçüdə)

5-6 ədəd kartof

2 ədəd təzə xiyar (istəyə uyğun turşu xiyar da istifadə oluna bilər)

700 qr toyuğun döş əti

425 qr yaşıl noxud

Mayonez

Xama

Yaşıl soğan, şüyüd (istəyə görə)

 

(Visited 17. 103 times, 1 visits today)
Step 1
Mark as Complete

Ərzaqlarımızı hazırlayaq. Sizinlə bəzi sirrləri paylaşmaq istəyirik. Yumurtanı bişməyə qoyarkən suyuna biraz duz tökün. Bu, bişdikdən sonra qabığının rahat soyulmasına kömək edəcək.
Kartofları doğrayıb bişirməyinizi məsləhət görürük. Çünki bişmiş kartofları doğramaq çətin olur və onlar əzilir. Kartofun qabığını soyun, balaca kub formasında doğrayın. Doğradığınız kartofları soyuq su ilə yaxşıca yuyun. Daha sonra bir qazana tökün, üstünü örtənə kimi su əlavə edin. Biraz duz əlavə edib bişirin.

Step 2
Mark as Complete

Daha sonra digər ərzaqlarımızı kiçik kub formasında doğrayırıq.
Yaşıl noxudu yuyub doğradığımız ərzaqların yanına əlavə edirik.
Biz salata yaşıl soğan və şüyüd də əlavə edirik. Siz istəyə uyğun bu göyərtiləri dəyişə bilərsiniz.

Step 3
Mark as Complete

Bütün ərzaqlarımız doğrandıqdan sonra ora mayonez və xama əlavə edirik. Lakin biz yalnız mayonez istifadə edirik. Çünki xama salata su salır. Mayonez salatı çox dadlı edir. Və istəyə uyğun duz və istiot əlavə edirik. Salatımız hazırdır.

Bizim reseptlə "Paytaxt salatı" hazırladınızsa, salatın şəklini bizimlə paylaşmayı unutmayın.

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Şuba salatı
next
Dovğa
  • 17. 103 Views
  • 1 saat
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Şuba salatı
next
Dovğa

Add Your Comment

×