0 0

Hazırlayan:
Tiramisu

Tiramisu

Cuisine:

Directions

Share

Şirniyyat yəqin yeganə qida növüdür ki, onu həm depressiyada olanda, həm də çox xoşbəxt olduğumuz anlarda yemək istəyirik. Bəzi şirniyyatlar vardır ki, çox sevsənizdə düşünürsünüz ki, onu evdə hazırlamağınız mümkün olmaz. Bu gün bu düşüncələrinizi aşmaq üçün birlikdə Tiramisu hazırlayaqmı? Bizim reseptdən faydalanaraq “Tiramisu” hazırladınızsa, şəklini bizim  İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Ərzaqlar

4 ədəd yumurta

100 qr şəkər tozu

500 qr Maskarpone (italyan pendiri)

250 qr (təxminən 34 ədəd) “Дамские пальчики”

350 ml qəhvə

Kakao

2-3 x/q şirin şərab (zövqə görə konyak, likör də istifadə edə bilərsiniz)

 

(Visited 2. 660 times, 1 visits today)
Step 1
Mark as Complete

Birinci yumurtaların ağını sarısından ayırırıq. Daha sonra yumurtanın sarısı ilə şəkər tozunu mikser vasitesilə qarışdırırıq. Daha sonra Maskarpone pendirini əlavə edib qarışdırmağa davam edirik.

Step 2
Mark as Complete

Başqa bir qabda yumurtanın ağını tam şişənə qədər mikserlə qarışdırırıq. Hazır olduqdan sonra birinci hazırladığımız qarışıma ehtiyatla əlavə edib yavaş-yavaş qarışdırırıq.

Step 3
Mark as Complete

350 ml suya təxminən 4 çay qaşığı qəhvə əlavə edib qarışdırın. İstəyə uyğun olaraq buraya şirin şərab, konyak əlavə edə bilərsiniz. Hazır olan qəhvəyə çubuqları salırıq. Amma çox saxlamamağa diqqət edin ki, qırılmasınlar.

Step 4
Mark as Complete

Qəhvədə isladılmış çubuqları ölçüsü 17x25 sm olan qaba düzürük. Üzərinə hazırladığımız qarışımın bir hissəsini tökürük. Üstünə yenidən qəhvədə isladılmış çubuqları düzürük. Qabda qalan qarışımı yenidən çubuqların üzərinə tökürük. Soyuducuya qoyub 5-6 saat saxlayırıq.

Step 5
Mark as Complete

Tiramisunu soyuducudan çıxartdıqdan sonra üzərinə kakaonu ələyirik. Doğrayarkən ehtiyatlı olun ki, içərisi qat-qat qalsın.

Nuş olsun! :)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Leço resepti
next
Ləzzətli kartof kotleti
  • 2. 660 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Leço resepti
next
Ləzzətli kartof kotleti

Add Your Comment

×