Xiyar turşusu
Directions
Həqiqətən, xiyar turşusunu hazırlamağınızdan zövq alacagsınız.
Tərkibi:
3 kq xiyar
2-3 ədəd dəfnə yarpağı
3-4 diş sarımsaq
1 lt su
5-10 ədəd yumru qara istiot dənəsi
1 dəstə şüyüt
150 qr üzüm sirkəsi
3-4 xörək qaşığı duz
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı keşniş toxumu
Xiyarlarımızı soyuq suda yuyub qırağa qoyuruq. Başqa bir qabda isə, isti suyu götürüb içinə duz, şəkər tozu, üzüm sirkəsini və dəfnə yarpaqlarını əlavə edib qarışdırırq.
Götürdüyümüz bankanı isti su ilə yaxalayırıq (bunu vacib addimlardan biri hesab etmək olar) və xiyarlarımızı böyükdən balacaya bankamızın içinə yerləşdiririk.
Hazırladığımız qatqını xiyarların üzərinə, yəni bankaya boşaldırıq və sonda diş sarımsaqlarını, şüyüd dəstəsini və keşniş toxumunu da bankanın içinə əlavə edirik.
Bankanın qapağını yaxşıca bağlayırıq və 4-5 gün otaq tempraturunda saxlayırıq. Suyun bullandığını görəcəyiniz halda xiyar turşumuz hazırdır.
Nuş olsun!