0 0

Hazırlayan:
Göbələkli toyuq

Göbələkli toyuq

Directions

Share

Göbələkli toyuq üçün resept

Tərkibi
600 qram toyuğun döş əti
500 qram göbələk
3 xörək qaşığı zeytun yağı
1 ədəd pomidor
2 ədəd yaşıl bibər
2 ədəd qırmızı bibər
1 çay qaşığı kəklikotu
Duz və istiot
Necə hazırlanır?
1. Qabığı soyulmuş pomidoru kvadrat formasında doğrayın.
2. Bibərləri ortadan kəsin, içərisini təmizlədikdən sonra uzunsov doğrayın.
3. Göbələkləri arzuladığınız formada doğrayın.
4. Zeytun yağını tavada qızdırın. Doğranmış toyuğun döş ətini su salmaması üçün yüksək temperaturda qarışdırın.
5. Sonra doğranmış yaşıl və qırmızı bibərləri, göbələyi əlavə edib 10 dəqiqə qarışdırmağa davam edin.
6. Daha sonra pomidorları, kəklikotunu, duzu və istiotu əlavə edib, pomidorun suyu çəkilənə qədər bişirməyə davam edin.
7. İstəyə uyğun olaraq nanə və ya reyhanla dekor edib isti-isti süfrəyə təqdim edə bilərsiniz.
Nuş olsun!

(Visited 1. 339 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Mimoza salatı resepti
next
Pomidor supu resepti
  • 1. 339 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Mimoza salatı resepti
next
Pomidor supu resepti

Add Your Comment

×