0 0

Hazırlayan:
Ağ kələm turşusu

Ağ kələm turşusu

Cuisine:

Qışın ən dadlı turşusu

Directions

Share

Slavyan mətbəxinin ən məşhur yeməklərindən biri ağ kələm turşusudur. Hazırlanması çox da çətin olmayan bu turşunu qonaqlarınıza da təqdim edə bilərsiniz. Həm səliqəli görünüşü, həm də dadı ilə sizə tərif eşitdirəcəyinə əminik. Unutmayın ki, kələm C və K vitaminləri ilə zəngindir.

Tərkibi

2 ədəd kələm

4 ədəd yerkökü

8 ədəd sarımsaq

3 ç/q istiot

3 x/q duz

6 ədəd dəfnə yarpağı

1/2 stəkan su

 

 

(Visited 4. 554 times, 1 visits today)
Step 1
Mark as Complete

Yerkökülərini təmiz yuyun və təmizləyin. Daha sonra onlara nazik-nazik uzun formada doğrayın (sürtgəcdən də keçirdə bilərsiniz). Şəkildəki kimi etməyə çalışın.

Step 2
Mark as Complete

Hazır olan yerkökünü kənara qoyun. İndi isə kələmi hazır edək. Kələmi 4 hissəyə ayırın və doğrayın. (Şəkildəki kimi)

Step 3
Mark as Complete

Kələmi doğradıqdan sonra duz əlavə edin. Kələmi əlinizlə yoğurmağa başlayın. Bununla da kələm öz sokunu buraxacaq və yumşaq olacaq.

Step 4
Mark as Complete

İndi isə hazır olmuş ərzaqlarımızı sırayla qazana yığaq. Qeyd edək ki, sizdə 3 hissə alınmalıdır. Birinci kələmlə başlayaq. Hər hissəyə 2-3 ədəd sarımsaq, 2 ədəd dəfnə yarpağı və 1 çay qaşığı qara istiot əlavə edin.

Step 5
Mark as Complete

Tez-tez kələmi qazanın dibinə sıxmağı unutmayın. İstəyə uyğun olaraq sonda yarım stəkan su əlavə edə bilərsiniz. Bu vacib deyil. Daha sonra kələmin üstünü bir qabla örtün. Diqqətin edin kələmin üstü tam örtülmüş olsun.

Step 6
Mark as Complete

Qabın üzərinə isə hər hansı bir ağır əşya qoyun. Kələmi 3 gün otaq temperaturunda saxlayın. Otağın temperaturuna diqqət edin. Növbəti gün kələmin suyunu və duzunu yoxlayın. O öz şirəsini buraxmalıdır. Əgər duzu az olarsa, yenidən duz əlavə edə bilərsiniz. Hazır olan kələm turşunuzu bankalara yığıb, soyuducuya qoyun.

Əgər siz də bu reseptdən faydalanaraq "Ağ kələm turşusunu" hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Moxito
next
Vişnəli Cheesecake
  • 4. 554 Views
  • 20 dəq.
  • Serves 5
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Moxito
next
Vişnəli Cheesecake

Add Your Comment

×