Asan hazırlanan proteinli salat
Directions
Sufremiz.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz salatlardan fərqli salatlar təqdim edək. Əlinizin altında olan ərzaqlarla asan olan bu salatı da çox sevəcəyinizə inanırıq. Ara yeməklərində də bu salatdan istifadə edə bilərsiniz. Bizim reseptdən faydalanaraq “Proteinli salat” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.
Ərzaqlar
300 qr toyuğun döş əti
170 qr bərk pendir
120 qr konservləşdirilmiş qarğıdalı
3 ədəd yumurta
Mayonez
Birinci ərzaqları hazırlayın. Yumurtaları və toyuğun döş ətini bişirin. Toyuğun döş əti bişərkən suyan biraz duz əlavə edin.
Bərk pendiri, bişmiş yumurtanı orta ölçüdə kub formasında doğrayın. Toyuğun döş ətini ya əlinizlə aralayın, ya da doğrayın. Daha sonra hazır olan bütün ərzaqları salat qabına töküb mayonez əlavə edib qarışdırın. Salatımız hazırdır.
Nuş olsun! :)