0 0

Hazırlayan:
Blinçik xəmiri

Blinçik xəmiri

Cuisine:

Directions

Share

Blinçik hər fəsildə həm böyüklərin, həm də uşaqların sevdiyi ləzzətli qidalardan biridir. Fərqli bilinçiklər hazırlaya bilərsiniz – ətli, kəsmikli, mürəbbəli və s. Bu reseptimizdə sizə blinçik xəmirinin hazırlanma qaydasını izah edəcəyik. Bizim reseptdən faydalanaraq “Blinçik” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Tərkibi

3 ədəd yumurta

1 x/q şəkər tozu

1 ç/q duz

500 ml süd

280 qr un

3 x/q duru yağ

(Visited 6. 129 times, 1 visits today)
Step 1
Mark as Complete

Bir kasada yumurta, duz və şəkər tozunu yavaş-yavaş çalın.

Step 2
Mark as Complete

Südün yarısını əlavə edib, qarışdırmağa davam edin. Daha sonra yavaş-yavaş unu əlavə edərək qarışdırın. Un içərisində tam həll olunana qədər qarışdırmağa davam edin.

Step 3
Mark as Complete

Un tamamilə qarışandan sonra qabda qalan südü əlavə edib tez-tez qarışdırın. Duru yağı əlavə edib qarışdırdıqdan sonra 10-15 dəqiqə gözləyin.
Çuqun tavanı qızdırın, içərisini duru yağla yağlayın. Daha sonra tavanın ölçüsünə görə blinçikləri bişirməyə başlayın. Blinçikin hər iki tərəfini arzuladığınız qədər qızarda bilərsiniz.

Əgər blinçikin içərisinə nəsə qoyub bükmək istəmirsinizsə, onu süfrəyə mürəbbə, qaymaq, qatılaşdırılmış südlə də təqdim edə bilərsiniz.

Nuş olsun! :)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Hindistan mətbəxindən – Jalebi
next
Şorqoğal
  • 6. 129 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Hindistan mətbəxindən – Jalebi
next
Şorqoğal

Add Your Comment

×