İslİm kababı
Directions
Ramazanda iftar süfrəniz üçün fərqli dadlar axtarışındasınızsa, bu reseptə mütləq nəzər salın.
Ramazan ayında insan iftar süfrəsində fərqli dadlar axtarışında olur. Sizi düşünərək tamamilə fərqli bir resept hazırladıq. Həm fərqli görünüşü, həm də ləzzətiylə həmişə bişirəcəyiniz yeməklərdən birinə çevriləcək!
Ərzaqlar
4 ədəd badımcan (biraz uzun olması məsləhətdir)
3 xörək qaşığı zeytun yağı
2 ədəd pomidor (orta ölçüdə)
2 ədəd yaşıl bibər
Küftəsi üçün
500 qram orta yağlı qiymə
1 ədəd orta ölçüdə soğan (rəndələnmiş)
4 xörək qaşığı çörək suxarisi
2 diş sarımsaq (əzilmiş)
1 ədəd yumurta
Göyərti (istəyə bağlı)
Duz
İstiot
Sousu üçün
2 xörək qaşığı zeytun yağı
2 ədəd pomidor (rəndələnmiş)
1 diş sarımsaq (əzilmiş)
1/2 stəkan isti su
Duz
İstiot
Badımcanın qabıqlarını alacalı soyun. Nazik-nazik uzunsov formada doğrayın (şəkildəki kimi). Acısının çıxması üçün duzda saxlayın.
Qiyməni bir qaba qoyun. Üstünə rəndələnmiş soğanı, yumurtanı, çörək suxarisini, əzilmiş sarımsağı, doğranmış göyərtini, duz və istiotu əlavə edib qarışdırın.Küftənin ətini özünü toplayana kimi 10-15 dəqiqə yoğurun.Alınan qarışımdan təxminən qoz böyüklüyündə (küftənin böyüklüyü badımcalarınızın uzunluğundan asılıdır) küftələr düzəldin (şəkildəki kimi).
Hazır olan küftələri tavada qızardın.Duzlanmış badımcanları acı suyunu sıxıb suda yaxşıca durulayın. Yağı qızdırılmış tavada hər iki tərəfini qızardın. Qızarmış badımcanları salfetka üzərinə sərin. (Yağını çəkməsi üçün)
Əvvəlcədən ayırdığımız 2 ədəd bibər və pomidoru əvvəlcə 4 yerə sonra isə 2 yerə bölərək ayırın.Qızarmış iki ədəd badımcanı üstəgəl formasında qoyun (şəkildəki kimi).
Qızarmış küftəmizi bu formanın ortasına qoyub, qutu formasında bükün (şəkildəki kimi)
Bükülmüş formanın üstünə doğradığımız bibərlərdən və pomidorlardan 1 parca qoyub diş çöpü ilə bərkidirik (şəkildəki kimi)
Sous üçün zeytun yağını kiçik bir tavada qızdırın. Rəndələnmiş pomidoru və əzilmiş sarımsağı əlavə edib, bişiirn. Duz və istiot əlavə etdikdən sonra 4-5 dəqiqə də bişirib, götürün.Bükdüyünüz badımcanları sobanın qabına düzün və üstünə sousu bərabər şəkildə tökün.Əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə 30 dəqiqə bişirin.