0 0

Hazırlayan:
Kəsmikli peçenye

Kəsmikli peçenye

Cuisine:

Directions

Share

Çayın yanında sadə tərkibli, yüngül peçenyə resepti axtarırsınızsa, doğru reseptdəsiniz. Kəsmikdən istifadə edərək fərqli peçenyelər hazırlaya bilərsiniz. Biz də sizin zamanınızı az alacaq dadlı bir peçenye resepti yazdıq. Resept haqqında fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

Tərkibi

200 qr kəsmik

100 qr kərə yağ

1 ədəd yumurta

2.5 stəkan un

1 ç/q qabartma tozu

100 qr şəkər tozu

(Visited 10. 405 times, 1 visits today)
Step 1
Mark as Complete

Kəsmiyi süzgəcdən keçirin ki, hamısı yaxşıca əzilsin və potlar olmasın. Daha sonra otaq temperaturunda yumşalmış kərə yağı ilə qarışdırın.

Step 2
Mark as Complete

Buraya yumurtanı əlavə edin və yumurta tam qarışana qədər qarışdırın.

Step 3
Mark as Complete

Daha sonra unu qabartma tozu ilə bərabər qarışdırıb hazırladığımız kəsmikli qarışımın üstünə ələyirik. Xəmiri yoğurmağa başlayırıq. Yumşaq xəmir alınmalıdır. Hazır olan xəmiri şar formasına salıb üstünü dəsmalla örtüb 30 dəqiqə göləyirik.

Step 4
Mark as Complete

Yarım saat sonra xəmirimizi götürürük və 2 hissəyə ayırırıq. Daha sonra onu açırıq. (Şəkildəki kimi)

Step 5
Mark as Complete

Xəmiri istədiyiniz qalınlıqda aça bilərsiniz. Açdığınız xəmiri stəkanın köməyi ilə halqa formasında kəsin.

Step 6
Mark as Complete

Kəsdiyiniz halqaları bir-bir şəkər tozuna batırın. Daha sonra həmin halqanı 1 dəfə qatlayın. Qatlanmış hissəsini yenidən şəkər tozuna batırın. Sonra yenidən qatlayın. Bükülmüş formanı yenidən şəkər tozuna batırın. Bütün halqaları bu qayda ilə şəkər tozuna batırın.

Sobanın qabına falqa kağızı səririk və peçenyelərimizi içinə düzürük. Sobamızı isə 180 dərəcədə qızdırırıq. Təxminən 15-20 dəqiqə bişirin. Peçenyelərin bişmə müddəti onların qalınlığından asılıdır.

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Dovğa
next
Big Mac Dippers
  • 10. 405 Views
  • 20 dəqiqə
  • Easy
  • 180 C

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Dovğa
next
Big Mac Dippers

Add Your Comment

×