Kinoalı kotlet
Directions
Sağlam qidalanmanı üstün tutanların sevəcəyi bir yemək – Kinoalı kotlet. Hazırlanması asan olan bu yemək pəhrizinizin bir parçasına çevriləcək. Kinoa nədir? Hansı faydaları var? Buraya basaraq Kinoanın faydaları haqqında məlumat əldə edə bilərsiniz.
Bizim reseptdən faydalanaraq “Kinoalı kotlet” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.
Tərkibi
2 stəkan kinoa
1/2 stəkan çörək suxarisi
1 ədəd yumurta
2 x/q doğranmış yaşıl soğan
1 ədəd yerkökü
1 ç/q duz
1/2 ç/q qara istiot
1 ç/q qırmızı bibər
1 ç/q sarımsaq tozu
2 x/q doğranmış şüyüd
1 y/q doğranmış cəfəri
Kinoanı 15 dəqiqə suda qaynadıb süzün. Soyumasını gözləyin. Doğranmış bütün ərzaqlarınızı kinoa ilə bir qaba töküb qarışdırın. Daha sonra çörək suxarisini də buraya əlavə edib əlinizlə yoğurun. Əgər duru alınarsa, biraz da çörək suxarisi əlavə edə bilərsiniz. Daha sonra kotlet formasında hazırlayın və sobanın qabının içinə düzün. Əvvəlcədən 180C dərəcədə qızdırılmış sobada 15 dəqiqə bişirin.
İstəyə uyğun olaraq bu kotletləri zeytun yağında da qızarda bilərsiniz.
Nuş olsun!