Hazırlayan: Elnur
Limonlu piroq
Directions
Limonlu piroq üçün dadlı piroq resepti.
Ərzaqlar
4 ədəd yumurta
1,5 stəkan şəkər tozu
1 stəkan süd
1/2 duru yağ
3 stəkan un
2 yemək qaşığı limon suyu
1 ədəd rəndələnmiş limon qabığı
1 paket qabartma tozu
1 paket vanilya
Necə hazırlanır?
1. Yumurtları və şəkər tozunu birlikdə çırpın.
2. Sırayla südü, duru yağı, limon suyunu əlavə edib 2 dəqiqə çırpın.
3. Ələnmiş unu, vanilyanı və qabartma tozunu əlavə edib yaxşı qarışdırın.
4. Piroqu bişirəcəyiniz qabın dibini kərə yağı ilə yağlayın. Hazır olan qarışımı qaba tökün.
5. Əvvəlcədən qızdırılmış sobada 170 dərəcədə 40 dəqiqə bişirin.
6. Piroqunuz bişdikdən sonra içini çəkməsini gözləyin.
7. Piroqunuzu doğradıqdan sonra üzərinə şəkər pudrasını əlavə edib, süfrəyə təqdim edə bilərsiniz.
Nuş olsun!
(Visited 10. 204 times, 1 visits today)
Recipe Reviews
There are no reviews for this recipe yet, use a form below to write your review
Close
Login to write a review