Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq
Directions
Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq. Bizim reseptdən faydalanaraq “Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.
Tərkibi
400 qr qat-qat xəmir
250 qr şampinyon göbələyi
150-200 qr farş ət
1 ədəd soğan
50 qr holland pendiri
3 x/q duru yağ
İstiot
Duz
Un
Göbələyi təmiz yuyun. Xırda-xırda doğrayın. Tavaya duru yağı və doğranmış göbələkləri əlavə edib 5-7 dəqiqə bişirin. Daha sonra soğanı təmizləyin, xırda-xırda doğrayın və göbələyin üzərinə əlavə edib 10-15 dəqiqə zəif temperaturda bişirin.
Ayrı bir tavaya duru yağı əlavə edib farş əti bişirin. Farş ət tam bişənə qədər nəzarət edin. Bişənə yaxın duzu, istiotu əlavə edin.
Qat-qat xəmiri sobanın qabına sərin. Xəmiri sobanın qabına yerləşdirməmişdən əvvəl qabın dibinə un səpin. Xəmirin bir hissəsinə hazır olan farşı və göbələyi əlavə edin. Çünki digər yarısı ilə onun üstünü örtəcəksiniz.
Holland pendirini sürtgəcdən keçirib üzərinə əlavə edin. Hazır olan piroqu sobaya qoyub 200 dərəcədə təxminən 30 dəqiqə bişirin.
Nuş olsun! :)