0 0

Hazırlayan:
Snikers tortu

Snikers tortu

Cuisine:

Tortun hər diliminin verdiyi snikers dadından zövq alın.

Directions

Share

Şokolad və yer fıstığının birləşməsindən yaranan bu mükəmməl dad şirniyyat sevənlər üçün ən gözəl hədiyyədir. Biz əminik ki, bir dəfə dadına baxdıqdan sonra süfrənizin daimi şirniyyatına çevriləcək. Birlikdə yeni dadlar kəşf edək!

 

Tərkibi

1 biskvit üçün

1 ədəd yumurta

60 qr şəkər tozu

110 qr xama

15 qr kakao tozu

100 qr un

20 qr kərə yağı

1 ç/q qabartma tozu

Bişmiş (заварной) krem üçün

150 qr şəkər tozu

200 qr kərə yağı

300 ml süd

2 x/q qarğıdalı nişastası

1 ç/q vanil

Yağlı qatılaşdırılmış süd (со сгущенным) kremi üçün

100 qr kərə yağı

150 qr bişmiş squşenka

150 qr yer fıstığı

 

(Visited 1. 992 times, 1 visits today)
Step 1
Mark as Complete

Biskvit üçün lazım olacaq ərzaqları hazırlayın. Bizim siyahıda sizə təqdim etdiyimiz ərzaqlar yalnız 1 biskvit üçün nəzərdə tutulmuşdur. Biskvit üçün istifadə olunacaq qabın diametri 18 sm olmalıdır. Əgər 24 sm ölçüsündə qab istifadə edəcəksinizsə, sizə təqdim etdiyimiz ərzaqları 2 dəfə artırın.

Step 2
Mark as Complete

Birinci mərhələdə yumurtanı bir qaba qırın və üzərinə şəkər tozunu əlavə edin. Mikserlə bir neçə dəqiqə qarışdırın. Alınan qarışım biraz köpmüş və açıq rəngli olmalıdır. Daha sonra buraya xamanı əlavə edib qarışdırın.

Step 3
Mark as Complete

Kakao tozu, un və qabartma tozunu birlikdə qarışdırın. Daha sonra hamısını hazır olan qarışıma əlavə edib, yaxşı qarışdırın. Potların olmamasına diqqət edin.

Step 4
Mark as Complete

Kərə yağını əridin. Biraz soyuduqdan sonra xəmirə əlavə edin. Bu qarışımı hər tərəfli qarışdırın. (Şəkildəki kimi alətlə)

Step 5
Mark as Complete

Diametri 18-20 sm olan qabın içini kağızla örtüb xəmiri qaba tökün. Sobanı 180 dərəcə qədər qızdırın. Biskvitimizi 25 dəqiqə bişirin. Bişdiyini yoxlamaq üçün diş çöpündən istifadə edə bilərsiniz. Xırda diş çöpünü biskvitə batırıb çıxardın. Əgər diş çöpü quru olarsa, bu biskvitimizin bişdiyini göstərir.

Step 6
Mark as Complete

Eyni qayda ilə tortun ikinci qatını hazırlayın. Əgər sizin evinizdə göstərdiyimiz diametrdə 2 ədəd qab varsa, hər ikisini eyni vaxtda hazırlayıb bişirə bilərsiniz. Bunun üçün təqdim etdiyimiz reseptə qeyd olunan bütün ərzaqlar 2 dəfə artacaq. Hazır olan biskvitlərimizi dəmir hörgünün üstünə qoyun. Soyumasını gözləyin.

Step 7
Mark as Complete

Biskvitlərimiz soyuyana kimi kremimizi hazırlayaq.

Step 8
Mark as Complete

Birinci bişmiş (заварной) kremi hazırlayaq. Bunun üçün bir qaba 250 ml (50 ml süd ayırıb, kənarda saxlayın) süd tökün. Südə şəkər tozunu və vanili əlavə edin.

Step 9
Mark as Complete

Südü qaynayana qədər bişirin. Süd bişdiyi müddətdə arada bir onu qarışdırın ki, şəkər tozu tam ərisin və dibində qalmasın.

Step 10
Mark as Complete

Ayırdığımız südə (50 ml) qarğıdalı nişastasını əlavə edib qarışdırın. Daha sonra bu qarışımı bişmiş süd olan qazana yavaş-yavaş əlavə edin. Əlavə edərkən tez-tez qarışdırın. Daha sonra qarışım tam qatılaşana qədər qaynadın.

Step 11
Mark as Complete

Hazır olan bişmiş kremi bir qaba tökün və soyumasını gözləyin. Kremin üstündə qalın təbəqə yaranmasını istəmirsinizsə, qabın üstünü hər hansı bir plyonka ilə örtün (plyonkanın kremə toxunmamasına diqqət edin) ya da kremi tez-tez qarışdırın.

Step 12
Mark as Complete

Bişmiş (заварной) krem soyuyana qədər yağımızı hazırlayaq. Bir qaba yumşalmış kərə yağını tökün və mikserlə qarışdırın. Yağ tam qarışdıqdan sonra mikseri söndürmədən qarışdırmağa davam edərək buraya bişmiş (заварной) kremi əlavə edin. Yağlı bişmiş (заварной) kremimiz hazırdır.

Step 13
Mark as Complete

İndi isə yağlı qatılaşdırılmış süddən (со сгущенным) hazırlanan kremi hazırlayaq. Bunun üçün yumşaldılmış yağı mikserlə qarışdırın. Bura qaynadılmış qatılaşdırılmış südü (вареное сгущенное молоко) əlavə edin. Bir-birinə yaxşı qarışana qədər mikserlə qarışdırın.

Step 14
Mark as Complete

Qovrulmuş, doğranmış fıstığı kremə əlavə edib, qarışdırın. Kremimiz hazırdır.

Step 15
Mark as Complete

Biskvitlərin hündürlüyünün eyni olmasını yoxlayın. Əlavələr varsa, onları səliqəli kəsib, kənara qoyun.
Biskvitləri bişirdiyimiz qaba bir biskviti qoyun. Onun üzərini birinci bişmiş (заварной) kremlə örtün.

Step 16
Mark as Complete

Üzərindən isə qatılaşdırılmış süddən və fıstıqdan hazırladığımız kremi çəkin. (Şəkildəki kimi)

Step 17
Mark as Complete

Üzərinə yenidən bişmiş (заварной) kremi çəkin və ikinci biskviti qoyun.

Step 18
Mark as Complete

Qalan kremə 1 çay qaşığı kakao əlavə edin və yaxşı qarışdırın.

Step 19
Mark as Complete

Tortu qabın içindən çıxarın. Kənarlarını və üzərini şokoladlı kremlə tam bağlayın. Kənarlarını doğranmış, əzilmiş fıstıqlar tam bağlayın.
Şirniyyat torbasına 2 xörək qaşığı krem qoyun. Tortun üstünü zövqə görə bəzəyin.

Step 20
Mark as Complete

Tortumuz hazırdır! :) Tortumuzu 1-2 saat soyuducuda saxladıqdan sonra süfrəyə təqdim edə bilərsiniz!

Əgər siz də bu reseptdən faydalanaraq "Snikers" tortunu hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Göbələk supu
next
Toyuq supu
  • 1. 992 Views
  • 3 saat.
  • Serves 12
  • Hard
  • 180 C

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Göbələk supu
next
Toyuq supu

Add Your Comment

×