0 0

Hazırlayan:
Göbələk supu

Göbələk supu

Göbələk sevənlər üçün qış süfrəsinin ən dadlı yeməklərindən biri.

Directions

Share

Göbələk supu 1 kiloqrama qədər göbələk aparır. Əgər siz də göbələk sevənlərdənsinizsə, bu yemək sizin üçündür. İnanırıq ki, bu yemək sizin ailənizin də ən sevimli yeməklərindən birinə çevriləcək. Qeyd edək ki, göbələyi özünüz istəyə uyğun seçə bilərsiniz.

 

Tərkibi

8 stəkan su

2 stəkan tərəvəz bulyonu

4 ədəd kartof

910 qram şampinyon göbələyi

1 stəkan süd

1 stəkan krem

4 x/q un

1 ədəd soğan

1 ədəd kök

3 x/q kərə yağı

2 x/q ədviyyat

duz

istiot

göyərti

(Visited 7. 041 times, 1 visits today)
Step 1
Mark as Complete

8 stəkan suyu tərəvəz və ya ət bulyonu ilə qataraq qazana tökün. Kartofları təmizləyib, kvadrat formada doğrayıb qazana tökün. Kartof bişənə kimi təxminən 10 dəqiqə qaynadın.
Eyni vaxtda başqa bir tavada orta temperaturda dogranmış göbələkləri yumşalana kimi və rəngi biraz qəhvəyi olana kimi bişirin. Qızarmış göbələkləri sup olan qazana tökün və 5-8 dəqiqə bişirin.

Step 2
Mark as Complete

Tavanı orta temperaturda qızdırın. 3 xörək qaşığı kərə yağı əlavə edin. Daha sonra sürtgəcdən keçirilmiş kökü və doğranmış soğanı tavaya əlavə edin. Qızılı rəng alana kimi 8-10 dəq qızardın. Hazır olduqda isə onu da sup qazanına əlavə edin.
Qeyd: Kök və soğanı bişdikdən sonra blenderdən keçirərək supa əlavə edə bilərsiniz. (istəyə uyğun olaraq)

Step 3
Mark as Complete

1 stəkan krem, 1 stəkan süd və 4 xörək qaşığı unu bir-birinə yaxşı qarışana qədər çalın. Hazır olan qarışımı sup qazanına tökün. Sonra ədviyyatları əlavə edin. İstəyə uyğun göbələk ədviyyatlarından da istifadə edə bilərsiniz. Kartof bişənə kimi qaynadın.

Əgər siz də bu reseptdən faydalanaraq "Göbələk supu" yeməyini hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Pendirli toyuq kotleti
next
Snikers tortu
  • 7. 041 Views
  • 50 dəq.
  • Serves 10
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Pendirli toyuq kotleti
next
Snikers tortu

Add Your Comment

×