Uroloq androloq cərrah Vahid İsmayilov
Uğurla həyata keçirilmiş 1000+ prostat və sidik kisəsi əməliyyatı, 1000+ böyrək sidik axarı və daşı əməliyyatı, 2000+ Androloji əməliyyatlar və 300 uretraplastika əməliyyatı
ətraflı>>>

Toyuq supu
Directions
Toyuq supu tək milli mətbəximizin deyil, eləcə də türk, rus mətbəxlərinin də ən çox bəyənilən yeməklərindən biridir. İstəyə uyğun olaraq bu şorbanı həm düyü ilə, həm də düyüsüz bişirə bilərsiniz. Bizim sizə təqdim edəcəyimiz resept tərkibində düyü olandır.
Tərkibi
1 ədəd toyuq
100 qram düyü
4-5 ədəd alça və ya gavalı
2 ovuc noxud
2 ədəd baş soğan
1 dəstə şüyüd
Yağ
Zəfəran və ya sarıkök
Duz
İstiot
Toyuq bişən bulyonu süzün və düyü əlavə edib bişirin
Ona soğança qatılır, hazır olmasına 15 dəqiqə qalmış üstünə ayrıca bişirilmiş noxud, alça və ya gavalı qurusu töküb qaynadın.
Sonra bişmiş toyuq ətini və şüyüdü doğrayıb ona əlavə edin. 1-2 dəqiqə yenə bişirin.
Nuş olsun