0 0
Hazırlayan:
Sürfüllü

Sürfüllü

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Directions

Share

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilən bu yeməyin adı sürtmək, xəmirin sürtülərək formaya salınması mənasını verir.

Tərkibi

1/2 kq sümüklü mal və ya qoyun əti

1 stəkan buğda unu

1 ovuc iri lobya

4 x/q alça və ya zoğal məti

4-5 diş sarımsaq

Duz

 

(Visited 2. 187 times, 6 visits today)
Step 1
Mark as Complete

Mal və ya qoyun ətindən bulyon hazırlayıb süzün. Lobyanı ayrıca bişirin.

Step 2
Mark as Complete

Buğda unundan suya duz qatmaqla bərk xəmir yoğurun. Xəmirə 20 dəqiqə istirahət verdikdən sonra kündələr hazırlayın. 8-10 mm qalınlığında yayılıb çubuqcuqlar şəklində doğrayın.

Step 3
Mark as Complete

Həmin çubuqcuqlardan fındıq boyda tikələr kəsin, urvalayın, barmaqla sirkələyin. Bu zaman xəmir tikələri içərisi boş, xırda boruvarı forma kəsb edir.

Step 4
Mark as Complete

Ət bulyonuna əvvəlcə sürfüllü tökülüb bişirilir, sonra ona bişirilmiş lobya qatılıb hazır vəziyyətə gətirilir.

Sürfüllünü bulyonu ilə birlikdə çörəksiz yeyirlər. Xörəyin yanında sarımsaq qatılmış alça məti (və ya zoğal məti) ayrıca verilir. Sürfüllüyə turşu əvəzi pomidor məti və ya təzə pomidor da tökmək olar. Bundan başa ətsiz sürfüllü də bişirilir. Bu zaman hər paya 20 qram yağ götürülür, baş soğan yağda qızardılır və bişmənin sonunda əlavə edilir.

Əgər siz də bu reseptdən faydalanaraq "Sürfüllü" yeməyini hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Toyuq supu
next
Kartof küküsü
  • 2. 187 Views
  • 1 saat.
  • Serves 4
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Toyuq supu
next
Kartof küküsü

Add Your Comment