Hazırlayan: Elnur
Sobada göbələk
Directions
Sobada holland pendirli göbələk üçün resept
Ərzaqlar
10-12 ədəd göbələk
100 qram holland pendiri
1 xörək qaşığı kərə yağı
Duz
İstiot
Necə hazırlanır?
1. Göbələkləri təmizləyin.
2. Göbələklərin saplarını qopardın. Sapları yumru-yumru doğrayın.
3. Sobanı 180 dərəcədə qızdırın.
4. Kərə yağını bir tavada əridin və yumru-yumru doğradığınız göbələklərin saplarını, duz, istiot əlavə edib, qarışdırın.
5. Saplarını çıxartdığınız göbələkləri sobanın qabına düzün. İçərisini isə hazırladığınız içliklə doldurub, üzərinə hollan pendirini qoyun.
6. Holland pendiri əriyənə qədər sobada bişirin. Bişdikdən sonra üstünü sevdiyiniz göyərtilərlə bəzəyə bilərsiniz.
Nuş olsun!
(Visited 1. 564 times, 1 visits today)
Recipe Reviews
There are no reviews for this recipe yet, use a form below to write your review
Close
Login to write a review