Sobada toyuq qızartması
Directions
Dadlı toyuq və kartof qızartması üçün resept
Ərzaqlar
1 ədəd toyuq
6-10 ədəd kartof
əridilmiş yağ
cirə, keşniş toxumu, razyana
duz
istiot
Necə hazırlanır?
Kartof və toyuğu təmizləyib, yuyun.
Kartofları və toyuğu duzlayıb istiotlayın. Sonra toyuğu bir neçə yerdən kəsin. Amma kəsiklər tam olmasın.Eyni miqdarda cirə, keşniş toxumu və razyananı qəhvə üyüdəndən keçirin. Alınmış ədviyyatlarla toyuğu və kartofları yağlayın.Toyuğun üzərində bir neçə yerdən bıcaqla dəliklər yaradıb ədviyyatla doldurun. Toyuğun altına bir xörək qaşığı əridilmiş yağ əlavə edin. Ümumi 3-4 x/q əridilmiş yağdan istifadə ediləcək.
Tavaya yarım stəkan su əlavə edin.Əvvəlcədən qızdırılmış sobada 1 saat 190-220 dərəcədə bişirin. Və hər 10 dəqiqədən bir toyuq və kartofların üzərinə artıq tavada olan əridilmiş yağdan qaşıqla tökün.Bişdikdən sonra zövqə görə soğanla, göyərti ilə bəzəyə bilərsiniz.