Şokoladlı brauni
Directions
Bol şokoladlı, ləzzətli brauni üçün resept
Ərzaqlar
350 qram qara şokolad
350 qram qəhvəyi şəkər tozu
5-6 xörək qaşığı kakao
160 qram un
2 ədəd yumurtanın sarısı
4 ədəd yumurta
230 qram kərə yağı
Necə hazırlanır?
Şokoladı və kərə yağını doğrayıb, tavaya qoyun. Orta temperaturda onların əriyib bir-birinə yaxşı qarışmasını gözləyin.
Hazır olan qarışım soyumamış şəkər tozunu əlavə edib qarışdırın.
Qarışığın bir müddət özünə gəlməsi üçün gözlədin. Daha sonra 2 ədəd yumurtanın sarısını və 4 ədəd yumurtanı əlavə edib, qarışdırın.
Un və kakaonu az-az əlavə edərək, qarışdırın. Qarışdırdıqca potların olmamasına fikir verin.18x18 ölçülü qabın içinə perqament kağızı qoyun. Hazır olan qarışımı qaba tökün.
Əvvəlcədən qızdırılmış sobada 180 dərəcə temperaturda 30 dəqiqə bişirin. Brauni soyuduqdan sonra onu bir neçə saat soyuducuda saxlasanız doğramaq sizə daha rahat olacaq.