0 0

Hazırlayan:
Düşbərə

Düşbərə

Directions

Share

Bakı zonasının ən möhtəşəm yeməklərindən biri olan Düşbərə üçün resept.

4 – 6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar
Xəmir Üçün:
2 stəkan un
1/2 çay qaşığı duz
1 yumurta
2/3 stəkan ilıq su

İçi Üçün:
250 qram çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
1/2 çay qaşığı duz
1/4 çay qaşığı istiot

Suyu Üçün:
3 xörək qaşığı duru yağ və ya kərə yağı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
1 xörək qaşığı tomat
zövqə görə duz
8 stəkan su

Üstünə səpmək üçün:
xırda-xırda doğranmış təzə keşniş və ya quru nanə

Yanında süfrəyə vermək üçün:
sirkə-sarımsaq: üzüm sirkəsinəsinə bir neçə dilim əzilmiş sarımsaq əlavə edib qarışdırın.

Necə hazırlanır?
1. Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdrın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmiri yoğurun. Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın.
2. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın.
3. Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 sm diametri olan çox nazik dairəyə açın.
4. Açdığınız xəmiri iti bıcaqla 2.5 sm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun.
5. Kvadratın iki əks ucunu bir yerə gətirib, yapışdırın. Alınan üçbucağın iki ucunu şəkildə gördüyünüz kimi birləşdirin.
6. Düşbərənin suyunu hazırlayın. Bunun üçün yağı qızdırın və soğanı bu yağda yumuşalanadək qızardın. Tomat əlavə edin və qarışdıra-qarışdıra yarım dəqiqə bişirin. Duz əvavə edib qarışdırın. Sonra isə su əlavə edib, qaynadın.
7. Odun altını bir az azaldın. Düşbərələri qazana töküb təxminən 7-10 dəqiqə ərzində bişirin. Hazır düşbərələr suyun üzünə qalxacaq. Dadına baxın, əgər xəmir yumuşaqdırsa, düşbərəni oddan kənara çəkin.
8. Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki, quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin.

Nuş Olsun!

(Visited 3. 009 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Şokoladlı brauni
next
Brokoli salatı
  • 3. 009 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Şokoladlı brauni
next
Brokoli salatı

Add Your Comment

×