Hazırlayan: Elnur
Un Peçenyesi
Directions
10 dəqiqədə hazırlaya biləcəyiniz 3 ərzaqdan ibarət sadə un peçenyesi üçün resept
Ərzaqlar
250 qram kərəyağı
1 stəkan pudra şəkəri
3,5 stəkan un
Necə hazırlanır?
1. Otaq temperaturunda saxladığınız kərə yağını geniş bir qabın içinə qoyun.
2. Pudra şəkərini əlavə edib krem halına gələnə qədər qarışdırın.
3. Unu az-az əlavə edərək yoğurun. Xəmir ələ yapışmayana qədər un əlavə etməyə davam edin.
4. Hazır olan xəmirdən balaca peçenyelər hazırlayın, yumurtanın ağını üstünə çəkin.
5. Əzilmiş ləpə qırıntılarına da batıra bilərsiniz. (istəyə uyğun olaraq)
6. Peçenyelərinizi içinə yağlı kağız sərilmiş sobanın qabına düzün.
7. Əvvəlcədən qızdırılmış sobada 170 dərəcəd 15-20 dəqiqə (üstü az qızarana qədər) bişirin.
Nuş olsun!
(Visited 910 times, 1 visits today)
Recipe Reviews
There are no reviews for this recipe yet, use a form below to write your review
Close
Login to write a review