1 0

Hazırlayan:
Yarpaq dolması

Yarpaq dolması

Directions

Share

Milli mətbəximizin ən dadlı yeməklərindən – Yarpaq dolması. Xanımlarımız əminik ki, Yarpaq dolmasını bişirməyi bacarır. Lakin hər yeməyin öz sirri olduğu kimi Yarpaq dolmasının da kiçik bir sirri var. Reseptimizi sona kimi oxuyanlar bu sirrin nə olduğunu tapa biləcəklər.

 

Ərzaqlar
500 qram çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd çəkilmiş soğan
½ stəkan yumru düyü
½ stəkan xırda doğranmış keşniş
½ stəkan xırda doğranmış şüyüd
½ stəkan xırda doğranmış nanə
1 çay qaşığı duz
¼ çay qaşığı və yaxud zövqə görə istiot
Təxminən 80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
3 xörək qaşığı kərə yağı

 

(Visited 7. 237 times, 3 visits today)
Step 1
Mark as Complete

Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun.

Step 2
Mark as Complete

Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə, qazanda su qaynadın və yarpaqları hissə-hissə (təxminən 10 ədəd olmaq şərtilə) qaynayan suda təxminən 1 dəqiqə və yaxud da yarpağın sərtliyinə görə daha da az tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır.
Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Sapları varsa, kəsin. Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə, yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları qaynayan suda salın ki, yumşalsınlar.

Step 3
Mark as Complete

Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün. Kiçikləri bütov qalsın.

Step 4
Mark as Complete

Yarpaqları parlaq hissəsi altda olmaq şərtilə əlinizə alın. Hər yarpağın ortasına təxminən 1 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı bükün. (Şəkildəki kimi)

Step 5
Mark as Complete

Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay lay düzün.

Step 6
Mark as Complete

Dolmaların üstünə yağı və yarısına qədər suyu tökün.

Step 7
Mark as Complete
Step 8
Mark as Complete

Ən üstə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar.

Step 9
Mark as Complete

Qazanın qapağını qoyun. Dolmanı əvvəlcə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirin.
Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.
Dolmanı süfrəyə adi qatıq və yaxud sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçün qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.

SİRR: Yarpaq dolması bişərkən yarpaqların üstünə ətin kəfi çıxır. Əgər Yarpaq dolmanızın üstünün parlaq və təmiz qalmasını istəyirsinizsə, əti hazırlayarkən ona 1 qaşıq qatıq və ya mayonez əlavə edin.

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Üç bacı dolması
next
Yunan salatı
  • 7. 237 Views
  • 1 saat 30 dəq.
  • Serves 6
  • Hard

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Üç bacı dolması
next
Yunan salatı

Add Your Comment

×