Jülyen
Jülyen üçün resept
Directions
Jülyen üçün resept
Adını çox yerdə eşitdiyiniz fransız mətbəxinin ən dadlı yeməklərindən olan Jülyenin sizə fərqli reseptini təqdim edirik.
Ərzaqlar
2 ədəd bulka
5 ədəd göbələk
1 ədəd toyuğun döş əti
100 qram holland pendiri
400 ml süd
4 xörək qaşığı un
30 qram kərə yağı
Duz
İstiot
Necə hazırlanır?
Toyuğun döş ətini və göbələyi kvadrat formasında formasında doğrayın. Pendiri rəndədən keçirin. (Şəkildəki kimi)
Toyuğun döş ətini yağda biraz qızardın
Göbələkləri ayrı tavada qızardın.
İndi isə sousu hazırlayaq. Südü qızdırın. Xörək qaşığı ilə unu əlavə edə-edə qarışdırın ki, potlar yaranmasın. Ən sonda yağı, duzu və istiotu əlavə edin. Sousu yaxşı qarışdırmağı unutmayın.
Bulkaların üst hissəsini kəsin və içərisini boşaldın. (Şəkildəki kimi)
Bulkaların içini bu ardıcıllıqla doldurun: sous, toyuğun döş əti, sous, göbələk, sous, holland pendiri.