Hazırlayan: Elnur
Çiyələk mürəbbəsi
Directions
Çiyələk mürəbbəsi üçün resept
Ərzaqlar
1 kq çiyələk
1 kq şəkər tozu
1 stəkan su
Necə hazırlanır?
1. Çiyələkləri təmizləyin və yaxşıca yuyun.
2. Qazana töküb, üzərinə şəkər tozunu əlavə edin və 5-6 saat kənarda saxlayın. Qazanı silkələmək lazımdır ki, şəkər giləmeyvənin hər tərəfinə paylansın.
3. Vaxt tamam olan kimi üzərinə su əlavə edib, odun üzərinə qoyun.
4. Qaynayan kimi oddan götürüb kənara qoyun ki, soyusun. Sonra yenidən bu prosesi davam etdirin. Təxminən 4-5 dəfə etdikdən sonra mürəbbənin tam hazır olduğunu hiss edəcəksiniz. Şirəsi bərkiməlidir.
(Visited 648 times, 1 visits today)
Recipe Reviews
There are no reviews for this recipe yet, use a form below to write your review
Close
Login to write a review