Uroloq androloq cərrah Vahid İsmayilov
Uğurla həyata keçirilmiş 1000+ prostat və sidik kisəsi əməliyyatı, 1000+ böyrək sidik axarı və daşı əməliyyatı, 2000+ Androloji əməliyyatlar və 300 uretraplastika əməliyyatı
ətraflı>>>

Əncir mürəbbəsi
Directions
Qışa tədarük etməyə davam edirik. Əncir mürəbbəsi qışda səhər yeməkləri üçün ən gözəl seçimlərdən biridir. Bizim reseptdən faydalanaraq “Əncir” mürəbbəsihazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.
Tərkibi
1 kq əncir
800 qr şəkər tozu
1 stəkan su
Birinci əncirləri təmiz yuyuruq. Daha sonra qabıqlarını soyuruq.
Əncirlərin qabıqlarını soyduqdan sonra 800 qram şəkər tozuna 1 stəkan su əlavə edib şərbət hazırlayırıq. Hazır olmuş şərbətə əncirləri töküb 3-4 dəqiqə bişirib, sobanı söndürürük. 3-4 saat əncirləri kənarda gözlədirik.
Təxminən 3-4 saat keçdikdən sonra ənciri yenidən sobanın üzərinə qoyub təxminən 1 saat 15-20 dəqiqə bişirin. Bişdikcə üstündə əmələ gələn köpüklər yığılmalıdır.
Qeyd edək ki, bişənə yaxın içinə 2-3 ədəd limon dilimi ata bilərsiniz.
Nuş olsun!